ARGTMŞ-nın həmtəşkilatçılığı ilə Rusiyada beynəlxalq gənclər forumu
Tarix: 02.12.2013 | Saat: 15:25:00 | E-mail | Çapa göndər


Gənclər və İdman Nazirliyi, Çeçenistanın Gənclər Nazirliyi,Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası(ARGTMŞ), Rusiyanın Gənclər və Uşaq Təşkilatlarının Milli Şurasılarının təşkilatçılığı ilə Çeçenistanın Qroznı şəhərində “Yeni nəsil: sərhədsiz məsuliyyət” III Beynəlxalq Gənclər Forumu təşkil edilib. Forumda ARGTMŞ sədri Şahin Seyidzadə, sədr müavini Ramiz Əliyev və ARGTMŞ idarə heyətinin üzvü Gülnarə Bağırova iştirak edib. Forumda gənclər və idman nazirinin müavini İntiqam Babayevin rəhbərliyi və millət vəkili Fuad Muradov, Prezident Yanında Gənclər Fondunun aparat rəhbəri Faiq Qürbətovun, həmçinin qeyri-hökumət təşkilatları rəhbərləri, ictimai fəal gənclərin iştirakı ilə əlli nəfərlik nümayəndə heyəti iştirak edib. Eyni zamanda forumda Rusiyanın Təhsil və Elm Nazirliyi, Çeçenistanın Gənclər Nazirliyi və Rusiyanın Gənclər və Uşaq Təşkilatlarının Milli Şurası, Azərbaycan və Rusiyanın gənclərlə işləyən dövlət orqanları və hökumət nümayəndələri iştirak edib. “Yeni nəsil: sərhədsiz məsuliyyət” III Beynəlxalq Gənclər Forumunun məqsədi Azərbaycan və Rusiya gəncləri arasında dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək, mədəniyyətlərarası dialoqu dəstəkləmək, gənc nəslin regionun dinc və davamlı inkişafında, konfliktlərin həllində, məlumatın yaradılmasında və ötürülməsində məsuliyyətini artırmaqdır. Forumun açılış günündə rəsmilərin çıxışlarından sonra moderatorların başçılığı ilə müxtəlif mövzularda prenar görüşləri keçirilib, müzakirələr aparılıb. İstər rəsmilərin çıxışlarında, istərsədə panel görüşlərində əsas müzakirə edilən məsələ qonşu ölkələrin gəncləri arasında mövcud münasibətlərin inkişaf etdirilməsi, onlar arasında mədəni dialoqun artırılması, gənclər və cəmiyyət arasında mənfi halların qarşısının alınmasıdır. Həmçinin forumun proqramı çərçivəsində hər iki ölkənin istedadlı gənc musiqiçilərinin iştirakı ilə mədəni gecə təşkil edilib.
Nigar












 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Tümen aeroportlarına iki azərbaycanlının adları verilə bilər
12.11.2018
Viqen Sarkisyan: “Ermənistanın KTMT rəhbərliyindən uzaqlaşdırılması yeni hökumətin uğursuzluğudur”
12.11.2018
Avropa Şurasında yerli idarəetmələr müzakirə olunub
12.11.2018
Yağışlar İranın Əhvaz şəhərində fəsadlar törədib
09.11.2018
“ArmenianReport”: “Rus dili bizə lazım deyil”

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info