Bahar Muradova: “Azərbaycan regionda lider dövlət kimi öz mövqeyini dünyaya bəyan edir”
Tarix: 02.12.2013 | Saat: 15:41:00 | E-mail | Çapa göndər


"Mən Rusiya ilə münasibətlərin bütövlükdə Avropa ilə və ayrı-ayrılıqda Avropa ölkələri ilə münasibətlərə qarşı qoyulmasının tərəfdarı deyiləm". “Palitra”nın məlumatına görə, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib.
B.Muradova qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər yaxşı səviyyədədir və münasibətlərin daha yaxşı səviyyəyə qaldırılması üçün Azərbaycan öz üzərinə düşəni artıqlaması ilə yerinə yetirir: "Azərbaycan bütün istiqamətlərdə dövlətin və xalqın maraqlarına cavab verə biləcək addım atır və ölkə Prezidentinin siyasəti məhz bu istiqamətə yönəlir. Bu yeganə düzgün siyasətdir və nəticələri də bizim üçün müsbətdir. Ukraynada baş verən hadisələrə gəldikdə, mən tərəfdarı deyiləm ki, hansısa bir ölkədəki vəziyyət Azərbaycandakı vəziyyət ilə müqayisə olunsun və yaxud da bir ölkədə baş verən hadisələrə görə digəri üçün nəticə çıxarılsın".
Vitse-spiker hesab edir ki, bu, yanlış yoldur və bu ölkələrdəki ictimai-siyasi durum, iqtisadi vəziyyət, onların qarşısında dayanan hədəflər, bu hədəflərə getmələri üçün seçdikləri yol fərqlidir: "Azərbaycan regionda hər cəhətdən lider dövlət kimi öz mövqeyini açıq şəkildə dünyaya bəyan edir və Azərbaycanın bu mövqeyi də qəbul olunur. Bu vəziyyətlərin qarşı-qarşıya qoyulması və qarşılıqlı nəticə çıxarılması heç zaman doğru ola bilməz və hesab edirəm ki, hər kəsin bu istiqamətdə öz yolu var".
Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info