Şəkidə gənclərlə görüş keçirilib
Tarix: 02.12.2013 | Saat: 17:18:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “İnformasiya texnologiyalarının nailiyyətlərindən gənclərin düzgün bəhrələnməsi” layihəsi çərçivəsində Şəki şəhəri “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzində gənclərlə görüş keçirilib.
Görüşdə layihənin müəllifi Əlimərdan Sultanov, Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetinin müəllimi Murad Salman, Azərbaycanın Almaniyada diasporunun nümayəndəsi, Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin hüquqşünaslıq üzrə magistrantı Orxan Tağıyev, Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyin rəhbəri Məmmədbağır Məmmədov və Azərbaycan Gənc Diplomatlar Birliyinin nümayəndəsi Əbülfəz Şeydabəyov və Şəki şəhərində yaşayan gənclər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan layihə rəhbəri Əlimərdan Sultanov bildirib ki, layihə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin həyata keçirilməsində məqsəd regionlarda yaşayan gənclərlə İKT-nin nailiyyətləri haqda müzakirələr aparmaq, bu nailiyyətlərdən düzgün şəkildə bəhrələnmək imkanlarını müzakirə etməkdir. O bildirib ki, layihə çərçivəsində Azərbaycanın üç region şəhəri olan Ağstafa, Şəki və Lənkəranda gənclərlə görüşlərin keçirilməsi nəzərdə tutulur. Artıq belə bir görüş Ağstafa şəhərində keçirilib. Şəki şəhərində keçirilən növbəti görüşün-təlimin məqsədi gənclərə ölkəmizdə informasiya texnologiyaları sahəsi üzrə gedən inkişaf barədə məlumat vermək və İKT nailiyyətləri ilə bağlı müzakirə aparmaqdır. Ölkəmizdə son 10 il ərzində İKT sahəsində əldə olunan nailiyyətlərə toxunan Əlimərdan Sultanov qeyd edib ki, 2013-cü il Azərbaycan Respublikasında “İKT ili” elan edilib və bu gün İKT sektorunun inkişafı prioritet istiqamətlərdəndir. O bildirib ki, əldə edilmiş nailiyyətlərdən düzgün istifadə və bu nailiyyətlərin gənclərə düzgün şəkildə çatdırılması vacib məsələdir.
Tədbirdə çıxış edən Bakı Dövlət Universiteti və Azərbaycan İctimai-Siyasi Universitetinin müəllimi Murad Salman İKT-nin ölkəmizdə təhsil sistemində tətbiq edilməsindən danışıb. O dünyanın bir çox inkişaf etmiş ölkələrində təhsil sistemində İKT nailiyyətlərinin tətbiqindən danışaraq bu məsələnin Azərbaycan üçün də vacib olduğunu bildirib. Murad Salman qeyd edib ki, ölkəmizdə İKT –nin inkişafı və bu sahə üzrə ən son nailiyyətlərin təhsildə tətbiqi son nəticədə təhsil sisteminin inkişafına gətirib çıxarır.
Almaniya və Azərbaycanda İKT sahəsinin inkişafından danışan Almaniyanın Frederik Vilyam adına Bonn Universitetinin magistrantı Orxan Tağıyev bildirib ki, İKT naliyyətlərinin Avropa ölkələrində sosial həyatın ən müxtəlif sahələrində tətbiqi, prioritet istiqamətlərdəndir. O qeyd edib ki, təqdirəlayiq haldır ki, bu gün artıq Azərbaycanda İKT sahəsi üzrə sürətli inkişaf qeydə alınır, ölkəmizin artıq öz süni peyki var və Azərbaycan dünya üzrə 18 dövlətdən biridir. Son on ildə Azərbaycanda internetin sürətli inkişafı təmin olunub və ölkəmiz MDB ölkələri arasında liderliyini saxlayır.
Görüşdə çıxış edən Azərbaycan Avropa Gənclərinin Əməkdaşlığı İctimai Birliyin rəhbəri Məmmədbağır Məmmədov və Azərbaycan Gənc Diplomatlar Birliyinin nümayəndəsi Əbülfəz Şeydabəyov ölkəmizdə hazırda elektron hökumətin formalaşması istiqamətində aparılan işlərdən danışıblar və qeyd ediblər ki, əhaliyə elektron xidmətlərin göstərilməsi istiqamətində əhəmiyyətli addımlar atılır. Bildirilib ki, son 10 ildə İKT sahəsində əldə edilmiş nailiyyətlərdən düzgün bəhrələnmək vacib məslələrdəndir.
Sonra tədbirdə iştirak edən gənclər mövzu ilə bağlı çıxış edərək öz fikirlərini bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info