Dağlıq Qarabağ münaqişəsilə bağlı inşa müsabiqəsinin qalibləri mükafatlandırılıblar
Tarix: 02.12.2013 | Saat: 17:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi - mən bu haqda nə bilirəm?” inşa müsabiqəsinin yekunu və “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika” kitabının təqdimatına həsr olunmuş tədbir keçirilib.
DİA-dan bildiriblər ki, tədbiri akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq bildirib ki, artıq erməni millətçilərinin xalqımıza qarşı həyata keçirdikləri etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanmış, bu hadisələrə siyasi-hüquqi qiymət verilib.
Akademik vurğulayıb ki, bu istiqamətdə həyata keçirilən tədbirlər, inşa müsabiqələri, yazılan kitablar gənc nəslin öz tarixinə sahib çıxması, erməni millətçiliyinin mahiyyətini, xalqımıza qarşı əsrlər boyu qanlı qırğınlarla müşayiət olunan təcavüzün faktlar əsasında təhlili, Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi terrorizm siyasətinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Digər çıxış edənlər qeyd ediblər ki, peşəsindən, vəzifəsindən asılı olmayaraq hər bir azərbaycanlının fəaliyyətinin ayrıca bir istiqaməti, hədəfi işğal altında qalan torpaqlarımızın azad olunması missiyası təşkil etməlidir. Hər birimiz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin yürütdüyü siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə biliyin, səriştənin, intellektin gücü ilə yanaşmalıyıq.
Tədbirin sonunda inşa müsabiqəsinin qaliblərinə diplomlar və müxtəlif kitablar verilib.
Tədbirdə, eyni zamanda, “Ermənistanın Azərbaycana təcavüzü: təhlili xronika (1987-2011)” kitabının təqdimatı olub. Kitabın müəllifi Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, “Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin analitik-informasiya mərkəzinin müdiri Elçin Əhmədovdur.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info