Ukraynada aksiya iştirakçıları ilə polis arasında toqquşma olub
Tarix: 02.12.2013 | Saat: 22:50:00 | E-mail | Çapa göndər


Ukrayna Ali Radasının Dövlət quruculuğu və yerli idarəetmə komitəsi hökumətə etimadsızlıq göstərilməsi barədə qərar layihəsini qəbul edib. “Ukrainskaya pravda” saytının məlumatına görə, bunu “Batkivşina” fraksiyasının lideri Arseni Yasenyuk deyib. Faktı komitənin üzvü, UDAR fraksiyasının lideri Vitali Kliçko da təsdiqləyib.
Ali Rada dekabrın 3-də keçiriləcək iclasında bu qərar layihəsini müzakirə edəcək. Dövlət quruculuğu və yerli idarəetmə Komitəsinin sədri David Jvaniya hökumətin istefası üçün lazımi miqdarda səs toplanacağına əmin olduğunu deyib. O, Nazirlər Kabinetini istefaya göndərmək üçün tələb olunan minimum 226 səsdən daha artıq səs veriləcəyini bildirib: “Hökumətin istefası ilə bağlı problem yoxdur”. Qeyd edək ki, Ukrayna müxalifətinin paytaxtın mərkəzi küçələrində mitinqi davam edir. Dünən səhər saatlarından Taras Şevçenko adına parkdan yürüşə başlayan avrointeqrasiya tərəfdarları “Maydan”a yürüş ediblər. Onlar polis barrikadasını yararaq “Maydan”a daxil olublar. Az sonra Maydanda müxalifət liderləri Vitali Kliçko, Arseni Yasenyuk, Oleq Tyaqnibok və Yuri Lutsenko aksiyada nitq söyləyiblər. “Svaboda” partiyasının lideri Oleq Tyaqnibok çıxışı zamanı tətillərə başladıqlarını bildirib: “Bu dəqiqədən başlayaraq biz burda, Müstəqillik Meydanında qalacağıq”. O, aksiya iştirakçılarını “Maydan”da çadırlar qurmağa da səsləyib. Keçmiş daxili işlər naziri, “Üçüncü Ukrayna Respublikası” hərəkatının lideri Yuri Lutsenko isə çıxışında kütləvi aksiyaların yenə inqilaba doğru getdiyini bildirib. Keçmiş daxili işlər naziri mitinq iştirakçılarını sabah axşam “Maydan”da, Nazirlər Kabinetinin və Prezident Administrasiyasının qarşısında toplaşmağa çağırıb: “Ayın 30-da baş verənlərə görə, daxili işlər naziri məhkəməyə verilməlidir”. Avrointeqrasiya tərəfdarlarının yürüşünə Avropa Parlamentinin vitse-prezidenti Yasek Protasoviç, Avropa Parlamentinin keçmiş prezidenti Yeji Buzek, Polşanın “Qanun və Ədalət” Partiyasının lideri, sabiq baş nazir Yaroslav Kaçinski də qatılıblar. Ukrayna Prezident Administrasiyasının önündə avrointeqrasiya tərəfdarları ilə polis arasında qarşıdurma yaranıb. Bir qrup üzü maskalı gənc fayerlər yandıraraq polisə dəmir pullar və daş atıblar. Polis mitinq iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Məlumata görə, toqquşmalarda aksiyalaçılardan və polis qüvvələrindən xeyli sayda yaralı var.

Ukraynalı deputat Putindən Ukraynaya
rus ordusunu yeritməyi xahiş edib

Qeyd edək ki, Sevastopol Şəhər Sovetin in deputatı Sergey Smolyaninov Ukraynaya Rusiya qoşunlarının yeridilməsi təşəbbüsü ilə çıxış edib. Bu xahişlə o, Rusiya prezidenti Vladimir Putinə müraciət edib. Müraciətdə qeyd olunur ki, hazırda Ukraynada Qərb xüsusi xidmət orqanları və onların casusları tərəfindən qanuni hakimiyyətin devrilməsi təşəbbüsü həyata keçirilir: “Ölkənin suverenliyinin, Krımın rus əhalisinin və Ukraynanın digər regionlarının qorunması üçün hərbi və digər yardımlar etməyinizi xahiş edirəm. ABŞ və NATO təcavüzkarlarından qorunmağımız məqsədilə Rusiya Silahlı Qüvvələrinin Ukraynaya yeridilməsini Ukrayna hökuməti ilə razılaşdırın”. Qeyd edək ki, Sergey Smolyaninov Ukraynanın hakim Regionlar Partiyasının deputatıdır. Bu arada Regionlar Partiyasının parlament fraksiyasından daha bir deputat istefa verib. İnna Boqoslavskaya, David Jvaniya və Nikolay Rudkovskidən sonra Vladimir Melniçenko da istefa verdiyini açıqlayıb. Bununla da RP-dən çıxan deputatların sayı 4-ə çatıb. Tanınmış ukraynalı tarixçi, jurnalist və publisist Roman Kabaçiy isə bildirib ki, Ukraynada baş verənlər onu göstərir ki, xalq artıq Rusiya siyasətini dəstəkləyən hakimiyyətdən bezib. Yenidən sovet və ya Rusiya imperiyası dövrünə heç kəs qayıtmaq istəmir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Neftçala, Salyan, İmişli və Biləsuvar rayonlarında 20 Yanvar faciəsinin ildönümü böyük izdihamla anılıb
19.01.2019
Erməni parlamentidəki deputatların bir çoxu cinayətkar təbəqə ilə əlaqədə ittiham olunurlar
18.01.2019
“Ermənistanda xalq əvvəlkindən də pis yaşamağa başlayıb”
18.01.2019
“Təhlükəsiz bölgə Suriyanın şimalında sabitlik üçün vacibdir”
18.01.2019
Erməni zabitlər qəzaya uğrayıb: biri ölüb, digəri isə ağır vəziyyətdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info