“AtaHolding” və “AtaBank”dan yubiley hədiyyəsi
Tarix: 03.12.2013 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində “AtaHolding” ASC-nin 10 il və “AtaBank” ASC-nin 20 illlik yubileyləri münasibətilə təntənəli gecə keçirilib. Tədbir fərqli təşkil olunması ilə və bir çox premyeralarla yadda qalıb.
“AtaHolding” ASC-nin Müşahidə Şurasının sədri Ahmet Erentok tədbirdə bildirib ki, 10 il əvvəl “AtaHolding” yaradılanda eyni ildə “AtaBank”ın 10-cu yubiley ili qeyd edilmişdi: “AtaBank” 2003-cü ildə özünün 10 illik yubileyi münasibətilə Azərbaycan Mərkəzi Bankının iştirakı və dəstəyi ilə Azərbaycanda 1-ci Beynəlxalq Bankçılıq konfransını təşkil etdi. Həmin vaxtdan ötən 10 il ərzində Azərbaycanda iqtisadiyyat, sosial, mədəniyyət, idman və digər sahələrdə çox böyük işlər görülüb və dünyada iftixarla təqdim oluna biləcək böyük nailiyyətlər və uğurlar əldə edilib. Bu uğurlar bizi, azərbaycanlı iş adamlarını və şirkətlərini qürurlandırır, bununla yanaşı, daha həvəslə çalışmağımıza ürəkləndirir və imkan yaradır”.

“AtaHolding” hər bir layihəsini milli maraqlar çərçivəsində həyata keçirir

Ahmet Erentok bildirib ki, “AtaHolding” Şirkətlər Qrupu ötən 10 il ərzində vizyonuna, missiyasına və dəyərlərinə əsaslanaraq gördüyü işlərlə fərqlilik yaratmağa və Azərbaycanın rifahına və inkişafına öz töhfəsini verməyə çalışıb: “Biz öz iqtisadi maraqlarımızı dövlətimizin və ölkəmizin iqtisadi maraqları çərçivəsində tutmuş, ona uyğunlaşdıraraq təmin etmişik. Eyni zamanda, üzərimizə düşən məsuliyyəti dərk edərək sosial və ictimai maraqların təmini üçün də zəruri fəaliyyətləri həyata keçirmişik. Bununla da biz “Sinerji, Azərbaycan üçün...” şüarımızı reallaşdırmışıq”. Müşahidə Şurasının sədri qeyd edib ki, son 10 il ərzində Mərkəzi Bankın apardığı uğurlu siyasət nəticəsində Azərbaycanda bank sektorunun sürətli inkişafı təmin edilib, bu sahədə böyük nailiyyətlər qazanılıb: “AtaBank” da bu inkişafdan bəhrələnib və 20 ildir “Bir addım öndə” şüarını əsas alaraq, yeni texnologiya və üsulları tətbiq edərək müştərilərinə xidmət göstərir və bundan sonra da eyni istiqamətdə çalışmağa davam edəcəkdir”. Ahmet Erentok çıxışını yekunlaşdıraraq qeyd edib ki, bundan sonra da, “AtaHolding” Şirkətlər Qrupu üçün ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin tövsiyə və fikirləri istiqamətverici olacaq.
VİSA “AtaBank”ı təltif etdi
Tədbirdə “VİSA” şirkəti Azərbaycanda nağdsız hesablaşmaların inkişafına verdiyi töhfəsinə görə, “AtaBank” ASC-ni xüsusi sertifikatla təltif etdi. Yubiley tədbirində “VİSA” şirkətinin nümayəndəsi İrina Kamxadze sertifkatı “AtaBank” ASC-nin İdarə Heyətinin sədri İltifat Ağayevə təqdim etdi. Bundan başqa, “AtaBank” ASC-nın beynəlxalq səviyyədə qazandığı daha bir uğuru qonaqlara bildirilib. Belə ki, baş ofisi Avropanın maliyyə mərkəzi Londonda yerləşən “GlobalBanking and Finance Review” analitik jurnalı 2013-cü ilin nəticələrinə görə “AtaBank”ı Azərbaycanın ən yaxşı kommersiya bankı mükafatına layiq görüb. Daha sonra yubiley gecəsi üçün xüsusi olaraq hazırlanmış şoular nümayiş etdirilib və musiqi ifaları səsləndirilib.

Reklam sahəsində bir ilk
Daha bir ilk reklam sahəsində oldu. Gecədə “AtaBank”ın yeni imic reklam çarxı nümayiş etdirildi. Əsas fərqlilik ondan ibarətdir ki, Azərbaycanda ilk dəfə olaraq “Kölgələr teatrı”nın iştirakı ilə reklam çarxı çəkilib. “AtaBank”ın bu layihədə əməkdaşlıq etdiyi Almaniyanın “DieMobiles” teatrı 2012-ci ildə Fransada keçirilən “Inscrutable Talent“ müsabiqəsinin qalibidir və Almaniya telekanallarının müxtəlif şoularının daimi iştirakçısıdır. “AtaBank” “DieMobiles” ilə əməkdaşlığını sadəcə reklam çarxının çəkilməsi ilə məhdudlaşdırmayıb. Onlar birlikdə Bakıya aid xüsusi şou hazırlayıblar. Üzeyir Hacıbəylinin məşhur “Arazbarı” və “Aşıqsayağı” əsərlərinin sədaları altında canlı nümayiş etdirilən Bakıya aid xüsusi şou qonaqları kölgələrin sehrli və sirli dünyasına aparıb. Yubiley gecəsində Azərbaycanda ilk dəfə məşhur Amerikalı virtuoz rəssam Den Dann çıxış edib. Onun çıxışının əsas özəlliyi ondan ibarətdir ki, o rəsm əsərini qısa müddət ərzində, 5-6 dəqiqəyə çəkir, bu zaman ancaq tikintilərdə işlədilən adi boyalardan istifadə edir və ən əsası, demək olar ki, son ana qədər onun kimin portretini çəkdiyi məlum olmur. Den Dannın çıxışının digər fərqli xüsusiyyəti də ondan ibarət idi ki, o, ilk dəfə canlı musiqinin müşaiyəti altında çıxış edib. Beləliklə, “AtaHolding” və “AtaBank”ın yubiley tədbirində də qonaqlar sona qədər kimin portretinin çəkildiyi intizarla gözləyiblər və yekunda bəlli oldu ki, bu dahi sənətkarımız Rəşid Behbudovun portretidir. “AtaHolding” bu rəsm əsərini Rəşid Behbudovun ailəsinə hədiyyə olaraq təqdim edib.

Əfsanə qayıtdı!
Tədbirin sonuna yaxın məlum oldu ki, yubiley tədbirinin Üzeyir Hacıbəylinin ölməz əsərlərinin sədaları altında keçirilməsi təsadüfi deyil. Qonaqlara niyə məhz Rəşid Behbudovun portretinin çəkildiyi və niyə “Əfsanə qayıdır” şüarının istifadə edildiyi də məlum olub. Heydər Əliyev Fondu tərəfindən dahi Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında 1945-ci ildə çəkilmiş və ağ-qara formatda olan “Arşın mal alan” filminin bərpası və rənglənməsi təşəbbüsü irəli sürüləndə “AtaHolding” öz yubileyi ilə bağlı bundan daha yaxşı layihənin olmayacağına qərar verib və layihə həyata keçirilməyə başlanıb. “Arşın mal alan” filmi dünya kino sənayesinin əsas mərkəzi olan Los-Ancelesdə, yəni “Hollywood”da bərpa edilib və rənglənib. Layihə 9 ay ərzində həyata keçirilib. Layihənin üzərində Asiya, Avropa və Amerika qitələrindən olmaqla 157 nəfər çalışıb. 2013-cü ildə həm də “Arşın mal alan” operettasının 100 ili tamam olub. Eyniadlı filmin bərpası və rənglənməsi tarixi hadisədir və Azərbaycan mədəniyyətinə, gələcək nəsillərə böyük hədiyyədir. Eyni zamanda, “AtaHolding” bu işin görülməsini onlara etimad etdiyi üçün Heydər Əliyev Fonduna dərin minnətdarlığını bildirir. Qeyd edək ki, premyerası 10 dekabr 2013-cü ildə Heydər Əliyev Mərkəzində olacaq bərpa edilmiş və rənglənmiş “Arşın mal alan” filminin bir sıra fraqmentləri tədbir zamanı qonaqlara nümayiş etdirilib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
“Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10497

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


18.11 15:39 “Ümumiyyətlə, dağıdıcı müxalifət qrupları həmişə şou düzəltməklə gündəmdə qalmağa çalışıblar. Onların 17 noyabr Milli Dirçəliş günü ərəfəsində qanunsuz olaraq Şəhidlər Xiyabanında keçirməyə cəhd göstərdikləri aksiya da bunun bariz nümunəsidir”. Trend-in məlumatına görə, bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə səsləndirib. Baş redaktorun fikrincə, sözügedən aksiya dağıdıcı müxalifətin sosial bazasının olmadığını bir daha ortaya qoyub: “Bütövlükdə hesab edirəm ki, qanuna zidd olaraq atılan hər bir addımın qanun çərçivəsində qarşısı alınmalıdır. Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir. Təbii ki, bu aksiya Azərbaycanda da baş tutmadı. Bəs nəyə görə, bu adamlar onlar üçün ayrılan yerlərdə deyil, məhz şəhərin mərkəzində öz aksiyalarını keçirməyə cəhd edirlər? Bunun başlıca səbəbi odur ki, İctimai Palatanın sosial bazası yoxdur və ətraflarına heç kəsi cəlb edə bilmir. Onlar qəsdən insanların istirahət hüquqlarını, şəhərdə asayişi pozurlar. Hesab edirəm ki, bu kimi halların qarşısı qətiyyətlə alınmalıdır”. V.Rəhimzadə bildirib ki, qanunsuz piket və mitinqlərə heç zaman yol verilməyəcək: “Təəssüf ki, özlərini yalnız ümummilli bayram və xalqımız üçün önəmli olan tarixi günlərdə yada salmaqdan başqa heç bir normal siyasi fəaliyyətlə məşğul olmayan bəzi radikal şəxslər Milli Dirçəliş Günündə də şou göstərməkdən əl çəkməyiblər. Şəhidlər Xiyabanını və müqəddəs şəhidləri ziyarəti öz siyasi məqsədlərinə tabe etməyə çalışmaq isə birmənalı qarşılana bilməz. Onların bir illik hakimiyyətləri dövründə, yəni 1990-ci illərin əvvəllərində Azərbaycan xalqının başına gətirdikləri bəlalar, müsibətlər hələ də gözlərimiz önündədir. Bu çox da uzaq tarixi keçmiş deyil. Onlar həmin dövrdə insanları haqsız yerə döyür, təhqir edir, aclıqla imtahana çəkirdilər. Bu gün də Əli Kərimli, Cəmil Həsənli kimi adamların kim olduqlarını hər kəs çox aydın görür. Bunlar öz şəxsi maraqlarını xalqın, millətin maraqlarından daim uca tutublar. Bu insanlar öz varlıqlarını, həyatda olduqlarını sübut etmək üçün cılız şou düzəltməkdə görürlər. Onları görərkən gülməli lətifələr yada düşür. Azərbaycan dövləti güclü və qüdrətlidir. Ölkədə mövcud olan xalq-iqtidar birliyi əbədidir. Bu birliyi belə mənasız cəhdlər sarsıda bilməz”. Baş redaktor əlavə edib ki, çox təəssüf ki, radikal müxalifət mətbuatı bu gün azad sözə yad olan prinsiplər çərçivəsində fəaliyyət göstərməyə üstünlük verir: “Onların yazdıqları ictimai rəyi çaşdırmağa hesablanmış sofistikadır. Müxalifət mətbuatı yalan üzərində qurulub. Onlar cəmiyyətdə hər şeyi yalnız qara rəngə boyayır, Azərbaycan hakimiyyətinin hansısa problemin aradan qaldırılmasına yönəlmiş addımına kölgə salmağa cəhd edirlər. Hesab edirəm ki, bu, peşə etikasına hörmətsizlikdən başqa bir şey deyil”.
© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info