Şahin Yusifov: “Ədliyyə sistemi xeyli təkmilləşib”
Tarix: 03.12.2013 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Ümumi Məhkəmə Hakimləri İctimai Birliyinin (ARÜMH İB) ümumi yığıncağı keçirildi. Tədbirdə çıxış edən ictimai birliyin sədri Ələddin Cəfərov ötən bir il ərzində qurumun fəaliyyəti ilə bağlı məlumat verdi.
O, ədliyyə orqanlarının inkişafına və məhkəmə sisteminin müasirləşməsinə xidmət edən islahatlardan danışaraq qeyd etdi ki, həyata keçirilən məhkəmə-hüquq islahatları nəticəsində ədliyyə sistemi xeyli təkmilləşib. Məhkəmə sisteminin müasirləşdirilməsi çərçivəsində yeni regional məhkəmələr yaradılıb, yeni məhkəmə binaları inşa edilib və hakimlərin sayı artırılıb. Onların iş şəraitinin yaxşılaşdırılması, müasir texnologiyanın məhkəmələrdə tətbiq olunması sahəsində işlər görülüb. Həmçinin ictimai birliyin üzvlərinin sayı ötən illə müqayisədə artaraq 340 nəfəri ötüb.
Daha sonra iclasda Ali Məhkəmənin cinayət işləri üzrə kollegiyasının sədri Şahin Yusifov çıxış edərək məhkəmələr tərəfindən yol verilən qanun pozuntularından danışdı. Kollegiya sədri bildirdi ki, məhkəmələr tərəfindən bəzi qanun pozuntularına yol verilir. Eləcə də həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı xeyli problemlər var: “Məhkəmələr prokurorluğun həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimatlarını 98 faiz təmin edir. Bizim tələbimiz ondan ibarətdir ki, bu məsələ ilə bağlı beynəlxalq konvensiyanın tələblərinə qanunvericiliyə əməl edilməli və bu problem həll edilməlidir. Ali Məhkəmənin sədri Ramiz Rzayevin də fikri belədir ki, əgər Avropa Məhkəməsi Azərbaycana qarşı qərar qəbul etsə, həmin işdə pozuntuya yol vermiş hakim gəlib Plenumda izahat verəcək. Əli İnsanovun işində hakim müdafiəçinin əlavə şahidin çağırılıb dindirilməsi barədə vəsatətini təmin etməyib, ona görə də Azərbaycana qarşı qərar qəbul edilib”.
Kollegiya sədri qeyd etdi ki, məhkəmə həqiqəti müəyyən etməlidir: “İşi obyektiv araşdırmaq lazımdır. Çox təəssüf ki, məhkəmələr əsasən ittiham tərəfinin vəsatətlərini təmin edir. Əgər hansısa hakim müstəqil qərar qəbul edə bilmirsə, ədalətli hökm çıxara bilmirsə, elə öz xoşu ilə hakimlikdən getməlidir”.
İclasda Ali Məhkəmənin hakimi Vafəddin İbayev, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehdi Əsədov, Yasamal Rayon Məhkəməsinin hakimi Ramin Qurbanov cinayət işlərinə baxılarkən hakimlər tərəfindən yol verilən xarakterik qanun pozuntuları, Avropa Konvensiyası və Avropa İnsan Haqları Məhkəməsinin təcrübəsinin inkişaf istiqamətləri, milli qanunvericilik və məhkəmə təcrübəsinə təsiri kontekstində birinci instansiya məhkəmələri tərəfindən mülki işlərə baxılarkən yol verilən xarakterik qanun pozuntuları və. s mövzularda çıxışlar etdilər. Daha sonra iclasda məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında müzakirələr aparıldı.
Yığıncaqda ARÜMH İB yeni üzvlər qəbul edilib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib
17.09.2018
Babək prospektində hərəkət hissəsi 16 metrə qədər genişləndirilir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Əfsanəvi İndoneziya batikaları
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info