Yaponiyanın iqtisadi bərpa naziri xəstəxanaya yerləşdirilib
Tarix: 03.12.2013 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


Yaponiyanın JIJI PRESS informasiya agentliyinin yaydığı məlumata görə, iqtisadi bərpa naziri, Yaponiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Akira Amari dekabrın 2-də xəstəxanaya yerləşdirilib.
Həmçinin Trans-Sakit Okean Tərəfdaşlığı (TPP) üzrə məsul nazir olan A.Amarinin tibbi testlərin keçirilməsi məqsədi ilə xəstəxanaya yerləşdirilməsi, TPP-nin cari həftənin sonunda Sinqapurda keçiriləcək mühüm iclası ərəfəsinə təsadüf edib.
Rəsmi mənbələrin bildirdiyinə görə, A.Amari Tokiodakı xəstəxanada 3-4 gün qalacaq. Onun xəstəxanada qalması vaxtı uzanacağı təqdirdə, bu, yalnız TPP üzrə danışıqlara deyil, eyni zamanda, Yaponiya iqtisadiyyatının stimullaşdırılması kimi mühüm məsələlər üzrə diskussiyaların gedişinə mənfi təsir göstərəcək.
Hökumətdə, həmçinin iqtisadi bərpa və büdcə-vergi siyasəti məsələlərinə cavabdeh olan A.Amariyə həm də 2014-cü ilin aprelində istehlak vergisinin beş faizdən səkkiz faizədək artırılması ilə bağlı stimullaşdırıcı tədbirlər paketinin hazırlanması həvalə olunub.
Hökumətdə bu istiqamətdə hakim koalisiya ilə danışıqların artıq dekabrın 3-də başlanması və 5-də isə qəbulu planlaşdırılıb.
A.Amari gələn ilin aprelində başlayacaq yeni maliyyə ili ilə əlaqədar əsas büdcə siyasəti üzrə danışıqlara da cavabdehdir və hökumət dekabrın 12-dək yeni büdcənin təsdiqinə çalışır.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər
14.11.2018
İsrailin müdafiə naziri Aviqdor Liberman istefa verib
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10469

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info