“Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu”
Tarix: 03.12.2013 | Saat: 15:26:00 | E-mail | Çapa göndər


Azərbaycanda “Gənclərin mədəniyyətlər və dinlərarası dialoqda rolu” adlı beynəlxalq tədbir keçirilir.
Tədbirdə çıxış edən Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə bildirib ki, ölkəmizdə başqa mədəniyyətlərə, dinlərə və mənəvi dəyərlərə ciddi şəkildə hörmət edilir. Bu baxımdan Azərbaycan digər dövlətlərə nümunə ola bilər.
Mərkəzdən bildiriblər ki, əcnəbi gənclər də çıxışlarında Azərbaycanın müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olduğunu, burada müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşamalarını təqdirəlayiq hal kimi qeyd ediblər.
Avropa Komissiyasının “Gənclər fəaliyyətdə” proqramının maliyyə dəstəyi ilə təşkil olunan beynəlxalq tədbir dekabrın 7-dək davam edəcək. Tədbirin keçirilməsində əsas məqsəd müxtəlif mədəniyyətlər və dinlər arasında dialoqun qurulmasına dəstək vermək, bu prosesdə gənclərin iştirakını təmin etmək, həmçinin bu sahədə mövcud olan təcrübələrin bölüşməsi üçün uyğun şəraitin yaradılmasıdır. Müzakirələrin hərtərəfli aparılması, bu sahədə təcrübə və informasiya mübadiləsinə nail olmaq məqsədi ilə tədbirə Avstriya, Türkiyə, Danimarka, Böyük Britaniya, Bolqarıstan, Hollandiya, Moldova və Ukrayna kimi ölkələrdən iştirakçılar dəvət olunublar.
Tədbir çərçivəsində iştirakçıların Azərbaycandakı tolerantlıq mühiti ilə tanış olmaları üçün bir sıra dini-mədəni mərkəzlərə ziyarətləri təşkil olunacaq.




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info