Azərbaycan ilə Koreya arasında hərbi anlaşma imzalanıb
Tarix: 03.12.2013 | Saat: 16:24:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov Koreya Respublikasında səfərdədir.
Dekabrın 3-də nazir Zakir Həsənov əvvəlcə Seuldakı Milli Xiyabanı ziyarət edərək, Koreya Respublikasının müdafiəsi uğrunda həlak olan əsgərlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub.
Sonra Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin binası önündə rəsmi qarşılanma mərasimi olub, hərbi orkestrin ifasında Azərbaycanın və Koreyanın dövlət himnləri səslənib.
Koreyanın milli müdafiə naziri Kim Kvan Cin ilə görüşdə iki ölkə arasında müxtəlif istiqamətlərdə əlaqələrin yüksək səviyyədə olduğu bildirilib, müdafiə sahəsində də əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
Qeyd olunub ki, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsi hər iki tərəf üçün faydalıdır.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin vacib rolu vurğulanıb, hər iki dövlətin rəhbərliyinin bu münasibətlərin inkişafına dəstək verdiyi diqqətə çatdırılıb.
Koreya tərəfinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verilərək bildirilib ki, işğalçı ölkə Ermənistan BMT Təhlükəsizlik Şurasının bu münaqişə barədə qəbul etdiyi 4 qətnamənin tələblərini yerinə yetirmir.
Azərbaycan tərəfinin münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu bildirən nazir Zakir Həsənov deyib ki, Azərbaycan danışıqlar prosesinə paralel olaraq öz ordusunun döyüş qabiliyyətinin gücləndirilməsi, Silahlı Qüvvələrin maddi-texniki bazasının modernləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Koreyanın milli müdafiə naziri Kim Kvan Cin müvafiq istiqamətlərdə qarşılıqlı təcrübə mübadiləsinin faydalı olacağını vurğulayıb.
Görüşün sonunda nazirlər Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Koreya Respublikasının Milli Müdafiə Nazirliyi arasında hərbi əməkdaşlıq haqqında Anlaşma Memorandumunu imzalayıblar.
General-polkovnik Zakir Həsənov Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin xatirə kitabına ürək sözlərini yazıb.
Koreya Respublikasının Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri admiral Çoi Yun-Hi ilə görüşdə müvafiq sahələrdə əlaqələrin hazırkı vəziyyətinə və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov səfər çərçivəsində Koreya Milli Müdafiə Nazirliyinin Müdafiə Təminatı Proqramı Administrasiyasının sədri Li Yonq-Geol ilə də görüşüb.




 
Bölməyə aid digər xəbərlər
23.05.2019
MN: Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun nəzarəti və müşahidəsi altrındadır
23.05.2019
Azərbaycan Avrasiya məkanında Çinin əsas tərəfdaşlarından biridir
23.05.2019
Müdafiə Nazirliyi: Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur
23.05.2019
Yohannes Kars: “Azərbaycanın həm paytaxtı, həm də bölgələri sürətlə inkişaf edir”
23.05.2019
Xədicə İsmayılın erməni sevgisi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10785

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 …Hər sözdə vətən axtaran soydaşımız
5 Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info