Şəkidə əlil uşaqların əl işlərindən ibarət sərgi
Tarix: 03.12.2013 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Beynəlxalq Əlillər Günü münasibətilə Şəki Əlillərə Qayğı İctimai Birliyinin nəzdində fəaliyyət göstərən İcma Əsaslı Sosial Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə Şəki şəhərində sağlamlıq imkanları məhdud uşaqlar üçün tədbir təşkil edilib.
“İdeal” şadlıq evində keçirilən tədbirdə Şəki və Zaqatala rayonlarından olan 60-dək əlil uşaq və onların valideynləri, habelə əlaqədar dövlət strukturlarının nümayəndələri iştirak ediblər.
İştirakçılar əvvəlcə əlil uşaqların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Mərkəzin rəhbəri Güləndam Alxasova ölkəmizdə əlillərə, o cümlədən sağlamlıq imkanları məhdud uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb. Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyevin “Sağlamlıq imkanları məhdud uşaqlara və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlara sosial xidmət göstərilməsi sahəsində əlavə tədbirlər haqqında” 2013-cü il 9 yanvar tarixli Sərəncamının icrasını təmin etmək məqsədi ilə respublikanın bir neçə şəhər və rayonunda, o cümlədən Şəki və Zaqatalada sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyasının davamlılığını təmin etmək üçün xüsusi layihə həyata keçirilir. Layihə çərçivəsində əlil uşaqların iştirakı ilə bir sıra tədbirlər keçirilmiş, yaradıcılıq müsabiqələri təşkil olunub.
Tədbirdə çıxış edənlər sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə inteqrasiyasında, onların istedadının və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılmasında belə tədbirlərin əhəmiyyətini vurğulayıblar.
Əl işlərindən ibarət sərgidə fərqlənən uşaqlar hədiyyələrlə mükafatlandırılmışlar. Şirniyyatlarla bəzədilmiş çay süfrəsi ətrafında keçirilən tədbir uşaqların hazırladıqları rəngarəng konsert proqramı ilə davam edib.
Beynəlxalq Əlillər Günü münasibətilə dekabrın 3-də Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyi Şəki şəhər şöbəsində müharibə əlilləri ilə görüş keçirilib. Əlillərə şəhər icra hakimiyyəti və ictimai birlik tərəfindən maddi yardım göstərilib.




 
Bölməyə aid digər xəbərlər
21.05.2019
Səfir Mixail Boçarnikov: Azərbaycanda yaşamaq və işləmək olduqca maraqlıdır
21.05.2019
Şəhid Adil Tatarovun il mərasimi keçirilib
21.05.2019
Sumqayıt hadisələri ilə bağlı sənədli film çəkən Davud İmanov kim olub?
21.05.2019
Daxili işlər naziri Qəbələ və Bakıda sıra baxışı keçirib: 361 nəfər xidmətə qəbul olunub
21.05.2019
Prezidentin satıcı ilə söhbəti - Video

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib
5 AzMİU-da İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info