15 yaşı olmamış vətəndaşlara identifikasiya kartı veriləcək
Tarix: 03.12.2013 | Saat: 18:15:00 | E-mail | Çapa göndər


Milli Məclisin dekabrın 3-də keçirilən iclasında "Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanun layihəsi müzakirə edilib.
“Palitra”nın məlumatına görə, qanun layihəsi 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşına fərdi identifikasiya kartının verilməsi, habelə fərdi identifikasiya kartının dəyişdirilməsi, müvəqqəti alınması, təhvil verilməsi və qüvvədən düşmüş hesab edilməsi ilə bağlı yaranan münasibətləri tənzimləyir.
Fərdi identifikasiya kartı Azərbaycan ərazisində 15 yaşı tamam olmamış vətəndaşın şəxsiyyətini təsdiq edən sənəd olacaq. Fərdi identifikasiya kartı vətəndaşın qanuni nümayəndəsinin (valideyni, vətəndaşı övladlığa götürənin, qəyyumunun və ya himayəçisinin) müraciəti əsasında verilir.
Bu qanun qüvvəyə minənədək doğum haqqında şəhadətnamə almış 15 yaşı tamam olmamış vətəndaşlar istisna olmaqla, fərdi identifikasiya kartı vətəndaşlara doğum haqqında şəhadətnamə ilə birlikdə verilir. Verilmiş fərdi identifikasiya kartı vətəndaşın 15 yaşı tamam olanadək etibarlıdır.
Bu kart pulsuz veriləcək.
Milli Məclis müzakirələrdən sonra qanun layihəsini birinci oxunuşda qəbul edib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22.04.2019
Ənənəvi turnirin püşkü atılıb: İki debütant, üç qrup
20.04.2019
Taksidə siqaret çəkməyin!
19.04.2019
“NAR” işçi axtarır
19.04.2019
İşəgötürən əməyin mühafizəsi məqsədilə işçiləri fərdi mühafizə vasitələri ilə təmin etməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info