Tiflisdə regional münaqişələrlə bağlı sənəd qəbul edilib
Tarix: 03.12.2013 | Saat: 18:18:00 | E-mail | Çapa göndər


Dekabrın 3-də Tbilisidə GUAM Parlament Assambleyasının iclasında iki sənəd qəbul edilib. Məlumata görə, birinci sənəd GUAM ölkələrinin kommünikesidir. İkinci sənəd isə Baltik ölkələri Parlament Assambleyasının və Polşanın qoşulduğu bəyanatdır.
Qəbul edilən sənədlərdə GUAM iştirakçı ölkələri qarşısında dayanan əsas məqsədlər əks olunub. Həmin sənədlərdə əsas diqqət regional münaqişələrlə bağlı məsələlərə ayrılıb.
GUAM Parlament Assambleyasının sədri Zurab Abaşidze bildirib ki, sənəddə Şərq Tərəfdaşlığı proqramına dəstək əks olunub: "Moldova və Gürcüstanın uğurları göz qabağındadır. Sənədlərdə qeyd edilir ki, heç bir dövlətin suveren və müstəqil ölkələrin seçiminə müdaxilə etmək hüququ yoxdur".
Onun sözlərinə görə, sənədlərdə münaqişələrə xüsusi diqqət ayrılıb. Öz növbəsində həmin münaqişələr GUAM dövlətləri ilə bağlıdır.
Z.Abaşidze qeyd edib ki, Azərbaycan, Gürcüstan və Moldova bu problemlə üz-üzədir: "Sənədlərdə həmin dövlətlərin ərazisində digər ölkələrin Silahlı Qüvvələrinin yerləşməsi pislənilir. Bundan başqa, Gürcüstan tərəfinin tələbi ilə sənədə Gürcüstanda işğal xətti boyunca məftil çəpərlərin quraşdırılması məsələsi daxil edilib və bu, qəbul edilən sənədlərlə qınanılır".
Tbilisidə GUAM ölkələrinin Parlament Assamleyasının ikigünlük iclası keçirilir. Gürcüstan hazırda təşkilatın fəaliyyətdə olan sədridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Diaspor fəaliyyətində qadınların rolu güclənir
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir
20.11.2018
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
20.11.2018
Pakistanlı tibb işçiləri ölkəmizdə təcrübə keçəcəklər
20.11.2018
Prezident İlham Əliyev: Azərbaycan üçün Belarus mehriban dost və etibarlı tərəfdaşdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info