Erməni nazirdən ilginc açıqlama
Tarix: 03.12.2013 | Saat: 18:41:00 | E-mail | Çapa göndər


“Ermənistanın "ArmRosQazprom" şirkətindəki payı Rusiya tərəfinə yığılan borcun hesabına keçirilib”. “Palitra”nın məlumatına görə, bu barədə Ermənistanın energetika və təbii ehtiyatlar naziri Armen Movsisyan "Azatutyun" radiostansiyasına bildirib. O, bunu Rusiya prezidentinin səfəri çərçivəsində imzalanmış səhmlərin satışı barədə sazişi və şirkətin gələcək fəaliyyətini şərh edərkən deyib. Xəbəri "Armenia Today" yayıb. Rusiya tərəfinə 20 faizlik payın verilməsinə dair qərarın nə ilə bağlı olduğu sualına cavab verərkən Movsisyan bildirib: "Qazprom"da böyük təmsilçiliyi təmin etməkdən ötrü. Çünki gördüyünüz kimi, biz razılığa gəldik ki, Ermənistana qaz Rusiyanın daxili bazar qiymətləri ilə, üstəgəl nəqliyyat xərcləri ilə satılsın ki, onların burada həm qazın qiyməti cəhətdən, eləcə də istismarın keyfiyyəti cəhətdən böyük maraqları olsun".
"Məsələdən belə nəticə çıxarmaq olarmı ki, bu 20 faiz 30 faizlik subsidiyaya kompensasiyadır" sualına Movsisyan belə cavab verib: "Yox. 20 faizin verilməsi ideyası yığılmış borcların kompensasiyasıdır. Digər tərəfdən, dediyim kimi, bu, qiymət və istismarın keyfiyyətlərinin ümumi standartlara uyğun olması üçündür. 30 faizə gəlincə, bunun onunla heç bir əlaqəsi yoxdur. Bu, Ermənistan üçün qəbul edilmiş ayrıca qərardır".
Toplanan borcun nə qədər olması sualına nazir belə cavab verib: "155 milyon dollar".
Beləliklə, nazir faktiki olaraq müxalifətin, xüsusilə Ermənistan Milli Konqresinin Ermənistan üçün qazın qiymətinin bu barədə rəsmən elan ediləndən əvvəl yüksəldilməsi barədə bütün ittihamlarını təsdiq edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info