14 şəhər və rayonda əlillərin reabilitasiya mərkəzləri fəaliyyət göstərir
Tarix: 03.12.2013 | Saat: 18:59:00 | E-mail | Çapa göndər


Dekabrın 3-də Bakıda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (Ombudsman), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əlil Təşkilatları İttifaqının, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin və “World Vision” (“Dünyaya Baxış”) Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş konfrans keçirilib.
Aidiyyəti dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri konfransda “BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasının Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi (maddə 9. Müyəssərlik)” mövzusu ətrafında müzakirələr aparılıb.
Əvvəlcə BMT baş katibinin Beynəlxalq Əlillər Günü münasibətilə müraciəti səslənib.
Konfransda çıxış edən Ombudsman Elmira Süleymanova bildirmişdir ki, əlillərin sosial rifahını yaxşılaşdırmaq üçün müntəzəm çalışmaq lazımdır. Əllilərin həyat tərzini yaxşılaşdırmaq üçün sadəcə şəhərin mərkəzində deyil, şəhərətrafı yerlərdə, bölgələrdə də şərait yaradılmalıdır.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov vurğulayıb ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Yer kürəsində yaşayan əhalinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Azərbaycanda isə əhalinin 4,9 faizi, yəni 460 minə yaxını əlilliyi olan şəxslərdir.
N.Məmmədov deyib ki, Azərbaycanda əlilliyi olan şəxslərə ardıcıl surətdə əmək pensiyası, sosial müavinətlər və Prezident təqaüdləri təyin olunur və ödənilir. Əmək pensiyası alanların 27 faizini, sosial müavinətlə əhatə olunanların 56 faizini, Prezident təqaüdü alanların 52 faizini əlilliyi olan şəxslər təşkil edir. Eyni zamanda, əlilliyi olan 4000 nəfər avtomobillə, 5000 nəfər isə mənzillə təmin olunub. Hazırda ölkənin 14 şəhər və rayonunda əlillərin reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə hər il orta hesabla 8000 nəfərə yaxın əlil dövlət hesabına tibbi-sosial reabilitasiya edilir, 6000 nəfərədək əlil isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə təmin olunur.
BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard isə qeyd edib ki, Azərbaycanda əlilliyin səviyyəsi aşağı olsa da, uşaqlar arasında bu göstərici yüksəkdir.
Tədbirdə Əlil Təşkilatları İttifaqı tərəfindən başçılıq etdikləri qurumlarda əlilliyi olan şəxslərə yüksək diqqət və qayğı göstərən bir sıra təşkilatların rəhbərlərinə “Əlilliyi olan şəxslərin dostu” mükafatı təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info