Tatarıstan Azərbaycan ilə əlaqələrin genişləndirilməsində maraqlıdır
Tarix: 03.12.2013 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


Dekabrın 3-də Bakı Biznes Mərkəzində iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Rusiya Federasiyası Tatarıstan Respublikası Baş nazirinin müavini, sənaye və ticarət naziri Ravil Zaripovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.Görüşdən əvvəl Tatarıstan nümayəndə heyəti Bakı Biznes Mərkəzində Azərbaycanın sosial-iqtisadi inkişafını əks etdirən sərgi ilə tanış olub. Nazir Şahin Mustafayev qonaqlara Azərbaycan iqtisadiyyatı, həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, ölkəmizin Rusiya Federasiyası, o cümlədən Tatarıstan Respublikası ilə əlaqələrin genişləndirilməsinə önəm verdiyini, dövlət başçılarının qarşılıqlı səfərlərinin əməkdaşlığın inkişafında əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında əlaqələr siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurla davam edir və əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsindədir. Bunun üçün möhkəm müqavilə-hüquqi baza yaradılıb, indiyədək 160-dan çox, o cümlədən iqtisadi sahədə 30-dan artıq sənəd imzalanıb. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın 13 iclası keçirilib.
Görüşdə vurğulanıb ki, Rusiya Azərbaycanın qeyri-neft sektoru sahəsində başlıca ticarət tərəfdaşlarından biridir. 2013-cü ilin on ayı ərzində ölkələrimiz arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 22 faiz artmışdır. Şahin Mustafayev bildirib ki, bu gün Azərbaycan Rusiyanın 83 federal subyektindən 72-si ilə, həmçinin Tatarıstan Respublikası ilə uğurlu əməkdaşlıq edir. Son üç ildə Azərbaycan və Rusiya Federasiyasının subyektləri arasında 13 biznes forum keçirilib. Azərbaycan və Tatarıstan arasında Hökumətlərarası Komissiya fəaliyyət göstərir, parlamentlərarası əməkdaşlıq genişlənir.
Nazir Şahin Mustafayev Azərbaycan və Tatarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən ticarət əlaqələrinin inkişafı, sənaye parkları sahəsində təcrübə mübadiləsi, biznes forum və sərgilərin təşkilində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb.
Ravil Zaripov Rusiya Federasiyasının digər subyektləri kimi, Tatarıstan Respublikasının da Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu söyləyib, ölkəmizdəki dinamik iqtisadi inkişafdan məmnunluğunu ifadə edib. Tatarıstan iqtisadiyyatı barədə məlumat verən Ravil Zaripov hər iki ölkənin iqtisadi potensialından daha səmərəli istifadə etməklə iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb. R.Zaripov dekabrın 4-də keçiriləcək Azərbaycan-Tatarıstan işgüzar görüşünün iş adamları arasında əlaqələrin qurulması və mövcud əməkdaşlığın genişləndirilməsi baxımından faydalı olacağına əminliyini bildirib.
Görüşdə iştirak edən Tatarıstan şirkətlərinin nümayəndələri fəaliyyətləri barədə məlumat verib, Azərbaycandakı dinamik iqtisadi inkişafdan, iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühitindən məmnunluqlarını ifadə ediblər.
Azərbaycana səfər çərçivəsində Tatarıstan nümayəndə heyəti bir sıra ikitərəfli görüşlər keçirəcək, Səngəçal Neft Terminalı və Sumqayıt Texnologiyalar Parkının fəaliyyəti ilə tanış olacaq.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info