İsrail səfiri Turizm İnstitutunda olub
Tarix: 03.12.2013 | Saat: 20:10:00 | E-mail | Çapa göndər


Dekabrın 3-də İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz Azərbaycan Turizm İnstitutunda (ATİ) olub.
İnstitutun mətbuat xidmətindən bildiriblər ki, görüşdə ATİ-nin rektoru, professor Cəfər Cəfərov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin fəaliyyətindən, beynəlxalq əlaqələrindən danışıb. Diqqətə çatdırıb ki, hazırda bu ali təhsil ocağında 3 fakültə, 9 kafedra fəaliyyət göstərir. On bir ixtisas üzrə 1700-ə yaxın tələbə bakalavr pilləsində təhsil alır. Bununla yanaşı, ATİ-də 138 magistrant və 39 doktorant vardır. İnstitutun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində isə 12 peşə ixtisası üzrə 500-dən çox şagird təhsil alır.
Rektor qeyd edib ki, rəhbəri olduğu institutda təhsil-tədris-təcrübə-tədqiqat modelinə xüsusi üstünlük verilir. Qərara gəlmişik ki, əsasən ixtisaslı kadr hazırlığı ilə kifayətlənməyək, ATİ fəaliyyət istiqamətini daha da genişləndirərək tətbiqi elmlər universiteti kimi tanınsın. Artıq beşinci ildir ki, ATİ-nin tələbələri İsraildə uğurla 20 həftəlik istehsalat təcrübəsi keçirlər. Tələbələrimizdən 69 nəfəri İsrailin Eilat şəhərindəki otellərdə iş təcrübəsi qazanıb. Biz əməkdaşlıqdan çox məmnunuq və bundan sonra da əlaqələrimizi uğurla davam etdirəcəyik.
İsrailin ölkəmizdəki səfiri Rafael Harpaz və missiya rəhbərinin müavini Ronen Krausz və mətbuat katibi Sevda Əmirova maraqlı görüşə görə təşəkkür etmiş, belə təmasların davamlı olacağına əminliklərini ifadə ediblər.
Səfir Azərbaycandakı diplomatik fəaliyyətindən razı qaldığını, ölkəmizin böyük turizm potensialına malik olduğunu diqqətə çatdırıb. Diplomat qeyd edib ki, Azərbaycan turizmdən böyük dividendlər əldə etmək imkanına malikdir və İsrail Dövləti ölkəmizi bu sahədə həmişə dəstəkləməyə hazırdır. O, ATİ-nin tələbələrinin İsraildə təcrübə keçmələrindən razı qaldığını, əməkdaşlıq çərçivəsində təcrübə keçənlərin sayının daha da yüksəldilməsinin tərəfdarı olduğunu söyləyib.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
“Bakcell” gənc developerlər üçün məzun gecəsi keçirib
18.03.2019
“Sağlamlıq-2018” Respublika Spartakiadasının qalibləri mükafatlandırılıb
18.03.2019
Novruz bayramı türkdilli xalqlarda etno-mədəni hadisədir
18.03.2019
Bakı şəhəri ilə Dərbənd və Maqas şəhərləri arasında Memorandum imzalanıb
18.03.2019
Dənizçilər Cocuq Mərcanlıda olublar

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info