“Gənclər onlara olan inam və etibarı doğrultmalıdır”
Tarix: 03.12.2013 | Saat: 21:15:00 | E-mail | Çapa göndər


Vüqar Nuriyev: “Ölkəmizin inkişafı, tərəqqisi yolunda
çalışan gənclər qürur mənbəyimizdir”


Müstəqillik əldə etdikdən sonra dövlətin apardığı gənclər siyasəti bütün sferalarda inkişaf edən gənclərdə özünə yüksək inam yaratdı. Bu, gənclərdə bir növ - müstəqil dövlətin müstəqil gənci olmaq şüurunun formalaşmasına, fərdi düşüncə tərzinin yaranmasına səbəb oldu. Müsahibimiz Vüqar Nuriyev də şəxsi həyatını, ictimai-siyasi fəaliyyətini məhz bu düşüncə üzərində qurub. O, YAP Ağsu Rayon Təşkilatı nümayəndəsi olaraq bu gün ciddi siyasi fəaliyyət yönündə səylə çalışmaqdadır. Universitet və aspiranturanı fərqlənmə ilə bitirdikdən sonra karyerasında uğur-inkişaf əldə edib. Deyir ki, bilik, bacarıq, sağlam düşüncə, sadiq-sədaqətli prinsiplər, zəhmət və əzm sayəsində bir addım öndə olan cəmiyyət üzvləri sırasında olmaqdan fərəh duyur.


-Öncə oxucularımıza özünüz haqda məlumat verərdiniz.
- Demokratik hüquqları, azadlıq və müstəqilliyi 1993-cü ildən bərpa olunmuş Azərbaycan Respulikası vətəndaşıyam. Hürriyyətimizi həyatı, canı, tükənməz-əbədi Azərbaycan sevgisi bahasına bərpa və təmin etmiş ulu öndər ideyalarının sadiq, sədaqətli daşıyıcılarından biriyəm. Ümummilli liderin işıqlı arzuları yolunda sıradan biriyəm. Bu yolun alternativsiz davamçısı - müasir liderə çoxmilyonlu etibar daşıyıcılarından biri. Ölkə rəhbərinin dinamik inkişaf strategiyasına sonsuz inamı olan xalq və cəmiyyətin bir üzvü. Nəhayət, azadlıq və müstəqilliyimizin nəhəng təməl daşı Yeni Azərbaycan Partiyasının nüfuzuna xidmət edən Ağsu Rayon Təşkilatı nümayəndəsi. Milli-mənəvi mənafe, dəyərlərin qorunması, mövcud dövlətçilik prinsiplərinin yüksəliş və xidmətinə sağlam düşüncəsiylə qatılanlardan sadəcə biri - Vüqar Nuriyev. Eyni zamanda sağlam ictimai-siyasi fəaliyyət yönündə olan bütün müzakirələri məmnuniyyətlə qəbul edən ictimaiyyətçiyəm. Nüfuzedici fikir-ideya, düzgün-effektli fəaliyyət bu gün də məni çox düşündürür. Səmimiyyət, məsuliyyət, etik norma və davranış kodekslərindən ibarət fəaliyyət yönündə ciddi çalışmaqdayam. İctimai-siyasi sferanı əhatə edən istənilən mövzuda sağlam fikir-ideya səsləndirməyi vacib bilirəm. Bu ilin 9 oktyabrında xalq və millətimizin özünü bir daha müdrik, mükəmməl olaraq təsdiqindən sonra prinsiplər daha da qətiləşdi. Milli-mənəvi dəyərlər və dövlətçiliyə xidmət - hər bir ölkə vətəndaşı kimi mənim də borcumdur. Sağlam siyası əqidəli, cəmiyyətin sabit və stabil mövqeli hər bir üzvünə hörmət və ehtiramla yanaşıram.
- Sizcə, hər hansı bir gənc həyatda uğur qazanmaq üçün nələri etməlidir?
-Gəncliyini geridə buraxan insanlar, gələcəyə daha nikbin və böyük inamla addımlamalı olan cəmiyyət üzvləridir. Ötən dövr, həmçinin bu gün də uğurlu insanlar sırasında olmaqdan fərəh duyuram. Hesab edirəm, hər bir gənc öncə sağlam düşüncəli, sabit və stabil əqidə daşıyıcısı olmalıdır. Gənclər, o cümlədən hər bir vətəndaş ilk növbədə cəmiyyətin layiqli üzvü, xalq və millətinin fədakar təəssübkeşi olduğunu bilir. Sadiq və sədaqətli cəmiyyət üzvü olmaqla, gənclər həm də dinamik fikir-ideya daşıyıcısıdır. Onlar prinsipial, qərəzsiz, təhsil və bilikli, mədəni və müasir olub, sadə həyat tərzi seçməlidir. Dönməz, yenə də sağlam prinsiplərlə yaşayaraq, zəhmət, alın təri, lazımsa məhrumiyyətə dözüb, ayaqda dayanmağı bacarmalıdır. Sadalanan bu keyfiyyətlərə sahib gənc, artıq bir gün ölkə, dövlət, cəmiyyətə layiqli üzv olduğunu dərk edir. Yalnız bu zaman atılan ağıllı, düşünülmüş, ölçü-biçili addım bəs edər. Məsuliyyət və səmimiyyətin vəhdətində arzulanan uğur - həmin vaxt mütləqdir! Mənə görə budur qazanıla biləcək, layiq olan uğurun təməl və açarı. Hər bir Azərbaycan gəncinə sonsuz sevgi, hörmət və ehtiramla yanaşmaq mənim də borcumdur. Hər zaman belə gördüm və elə bu cür də formalaşdım.
- Dövlətin gənclərə göstərdiyi qayğı və diqqət onların qarşısında hansı vəzifələr qoyur?
-Gənclər ölkənin gələcəyi, dövlətin inkişafı, yüksəlişinin bazis, sütun və dayağıdır! Mən deyərdim, gənclər cəmiyyətin onurğa sütunudur. Müstəqilliyimizin bərpa olunduğu dövrdən bəri, Azərbaycan gəncliyinə həmişə yüksək inam, etibar göstərilib. Bu müdrik siyasətin təməli ulu öndərin misilsiz diqqəti sayəsində formalaşdı və təşəkkül tapdı. Artıq geridə qalan tələbəlik, gənclik və uğur axtarışında olduğum illərdə ulu öndərin diqqət-nəzərini həmişə üzərimdə hiss etdim. Bu gün ümummilli liderin müdrik siyasəti müasir və demokratik lider - hər bir Azərbaycan vətəndaşının Prezidenti İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir. Azərbaycan Prezidenti vətəndaşlara diqqət və qayğı ilə yanaşmağa xüsusi önəm verməklə ölkənin daha üstün rifahına çalışır. Przidentin diqqət-nəzəri nəinki gənclər, hər bir Azərbaycan vətəndaşının üzərindədir. Dövlət rəhbərinin əlini hər kəs öz çiynində və kürəyində hiss edir. Gənclərin və hər bir vətəndaşın bu gün daha güclü olmasının əsas səbəbi elə budur! Və bu diqqət sayəsində artıq mütərəqqi dövlət, qüdrətli bir ölkə vətəndaşı olmaqla qürur duyuruq. Hər bir gənc ona yönəlmiş inam, etibar sayəsində inkişaf, nüfuz, yüksəliş əldə etməkdədir. Yaxın keçmişdə belə gənclər sırasında olduğuma görə fərəh duyuram. Hər zaman olduğu kimi, bu gün də eyni düşüncədəyəm: gənclər onlara olan inam, etibarı sədaqətlə doğrultmalıdır. Dövlət, hökumət və birbaşa ölkə rəhbərinin diqqət mərkəzində dayanan gənclər bu qayğıya layiq olduqlarını sübut etməkdədir. Hamı kimi mən də mətin və mübariz Azərbaycan gəncliyi ilə fəxr edirəm! Diqqət, qayğı sayəsində mükəmməl formalaşaraq ölkəmizin inkişafı, tərəqqisi yolunda çalışan gənclər qürur mənbəyimizdir.
- Gənclərin inkişafı ilə bağlı YAP-ın gördüyü işləri necə xarakterizə edərdiniz?
-YAP ölkəmizin azadlıq və müstəqilliyi yolunda nəhəng təməl daşıdır. Bu, ulu öndərin düşündüyü, görmək istədiyi bügünkü, müasir Azərbaycandır. YAP Azərbaycan yolunda işıqlı ideya və arzuların partiyasıdır. O, yarandığı ilk gündən fədakar, mübariz, vətənpərvər insanlar sayəsində hər gün böyüdü, inkişaf və təşəkkül tapdı. Ölkənin hakim və həm də xalqın partiyasına çevrildi. YAP - müasir, sivil və demokratik Azərbaycanın təməlində sonsuz inam və etibardan bəhrələndi. Beləcə, inkişaf etdi, xalqın yüksək sevgi-rəğbətini qazandı. Bir sözlə, YAP yarandığı ilk gündən xalqın təsdiq etdiyi, “HƏ” dediyi milli qurtuluş partiyasıdır. Onun sıralarında olan hər kəs xalq və dövlətə sədaqətli xidməti, milli, mənəvi, vətəndaşlıq borcu hesab edir. Bununla qürur keçirir, fərəhlə yaşayır və işləyir. YAP yarandığı gündən öz sıralarını ziyalı, ictimai-siyasi xadimlərlə yanaşı, həm də sağlam düşüncəli gənclərlə möhkəmlətdi. Bu gün həmin gənclər partiya, xalq, dövlətçilik yolunda əzmlə çalışan, peşəkar siyasətçi və ictimai xadimləri layiqincə əvəz etməyə hazırdır. Dövlət və hökumətin müasir gənclərə etimad və etibarı bu gün daha müfəssəl, labüd əhəmiyyət kəsb edir. Çünki çətinliklə qazanıb bərpa olunan azadlıq və müstəqilliyimizin qorunması xeyli dərəcədə də müasir gənclərin öhdəsinə düşür. İnsan kapitalının inkişafı və realizə olunması ideyasının episentrində məhz gənclər dayanır. Bu gün prioritet məsələ və öhdəliklər olaraq qarşıya qoyulan tapşırıqların həyata keçirilməsi daha çox gənclərdən asılıdır. Fərəhverici haldır ki, vətənpərvər, sivil, bilikli və bacarıqlı Azərbaycan gəncləri bütün öhdəlikləri layiqincə yerinə yetirirlər. Bu gün belədir, sabah da belə olacaq. Hamı kimi mən də buna inanır və əminəm.
- YAP gənclərin ictimai-siyasi həyatda rolunun artırılması, onların layiqli vətəndaş kimi yetişməsi istiqamətində hansı layihələr həyata keçirib?
-Azərbaycan gəncliyinin kreativ və innovativ yöndə formalaşması YAP və gənclər siyasətinin prioritet hədəflərindən biridir. Müasir Azərbaycan gənclərinin fikir-ideyalarının stimullaşması yönündə YAP Gənclər Birliyinin həyata keçirdiyi layihələr hamıya məlumdur. Hər il daha çox sayda reallaşan həmin layihələr sayəsində minlərlə gənc öz istedad, bilik və bacarığını nümayış etdirir. Təşkil olunan çoxsaylı diskussiya və görüşlərdə gənclər sərbəst olaraq arzu-istəklərini bölüşüb-müzakirə edir. Nəticədə toplanan rəy, fikir və təkliflər aidiyyəti qurumlara ünvanlanır. Bununla, mövcud problem və çətinliklərin bir qismi məhz gənclər tərəfindən həll olunur. Şəhər, rayon, kənd, ən ucqar əyalət gəncinin diqqətdən kənarda qalmaması üçün davamlı işlər görülür. Bu yöndə çox ciddi fəaliyyətdə olan YAP Gənclər Təşkilatlarının rolu xüsusilə təqdirəlayiqdir. Yay-Qış universitetləri və məktəblərinın təşkili gənclərimizin dostluq, yoldaşlıq münasibətlərini daha da möhkəmləndirir. Bu zaman gənclər birgə ailə üzvləri olaraq daha vətənpərvər ruhda inkişaf yolunda birləşir. Hər kəs, o cümlədən bütün gənclər böyük və güclü Azərbaycan ailəsi üzvü olduğuna əmin olmalıdır. Qürurlu Azərbaycan vətəndaşı olmamız hər birimızın baş ucalığıdır. Bizlər belə düşünür və bu yolda davam edirik.
- Gənclərimizin vətənə, dövlətə, milli-mənəvi dəyərlərimizə bağlılığını artırmaq üçün hansı işlərin görülməsinə ehtiyac var ?
- Əminəm ki, hər bir gənc söylədiyiniz düşüncə və hissi hər an beynindən keçirir. Hətta, heç olmasa, fikir və arzularıyla dövlətə xidmət üçün cəhd edir. Odur ki, hər bir gənc öncə öz iş və fəaliyyət sferasında ciddi mövqe qazanmalı, cəmiyyətin layiqli üzvü olmasını sübut etməlidir. Buna görə əvvəlcə təhsil, bilik, peşə və bacarıqlar əldə edib, enerji və potensialına inanmalıdır. Belə olduqda hər bir gənc nailiyyət və uğurlara əmin olacaq. Cəmiyyətdə özünü sağlam düşüncə və mövqeyilə təsdiq edən gəncin dövlətə, milli-mənəvi dəyərlərə bağlılığı - mütləqdir! Cəmiyyətin elitası və vitrinində xüsusi çəkisi olan gənclər özlərini dərk etdikcə, xalq və dövlətinə çox gərəkli, dəyərli kapital olduqlarına əmin olacaqlar. Onların yüksək amal və prinsiplərlə formalaşmaqla inkişafı hər zaman prioritet hədəflərdən hesab olunub. Bu siyasətin reallaşması düzgün və əməli gənclər siyasəti sayəsində mümkün oldu. Həmin siyasətin effekt və səmərəsi qarşıdakı illərdə özünü daha qabarıq əks etirəcək. Biz hamılıqla gənclərə, o cümlədən davam etdirilən gənclər siyasətinə və daha böyük uğurlara inanırıq.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info