“La Nacion” qəzeti: “Azərbaycanı Qafqazın Avropası adlandırırlar”
Tarix: 03.12.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


Üçüncü Bakı Beynəlxalq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuş “GF-Communications” media şirkətinin direktoru Dieqo Velazquezin Argentinanın Latın Amerikasında geniş oxucu kütləsinə malik nüfuzlu “La Nacion” qəzetində “Azərbaycan - Qafqazın Avropası” adlı məqaləsi dərc olunub. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, müəllif sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycanın 2005-ci ildən etibarən dünya üzrə ən yüksək inkişaf göstəricisi əldə etdiyini bildirir.
Bakının heyrətamiz arxitekturaya malik olduğu, şəhərin qədimiliklə müasirliyi özündə əks etdirdiyi qeyd edilən yazıda şəhərin qədim tarixi abidələri, zəngin sosial-mədəni həyatı, çoxmədəniyyətliliyi, habelə Azərbaycanın rəngarəng mətbəxi haqqında söz açılır. Müəllif yazır ki, Azərbaycanda əhalinin rifahı yüksək səviyyədə olduğundan ölkəni Qafqazın Avropası adlandırırlar. Diqqəti cəlb edən əsas məqamlardan biri də ölkənin sabitliyi və təhlükəsizliyidir. Səfər çərçivəsində Naxçıvanda da olduğunu yazan müəllif muxtar respublikanın füsunkar təbiətindən, burada müalicə mərkəzi kimi fəaliyyət göstərən və dünyada bənzəri olmayan Duzdağ mağarasından, Möminə Xatun türbəsindən və digər dəyərli mədəni irs nümunələrindən bəhs edir.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
ABŞ ilə Çin arasındakı danışıqlar gərgin mərhələyə qədəm qoyub
18.09.2018
NATO Azərbaycanın beynəlxalq təhlükəsizliyə verdiyi töhfəni alqışlayır
18.09.2018
Bakıda Azərbaycan və Türkiyə əsgərlərini eyni sırada görmək tarixlərə işıq saçan xoşbəxtlikdir
18.09.2018
Ölkəmizə faydalı vətəndaşlar yetişdirməyə çalışırıq
17.09.2018
“Dünya görür ki, Türkiyə və Azərbaycan bir yerdədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info