Arif Məlikovun 80 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
Tarix: 03.12.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Azərbaycanın və keçmiş SSRİ-nin Xalq artisti, dövlət mükafatı laureatı, “İstiqlal” ordenli, AMEA-nın müxbir üzvü, Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikovun 80 illik yubileyinə həsr edilmiş elmi sessiya keçirilib. Tədbir Azərbaycan Milli Elmlər Akademiyasının rəyasət heyəti, AMEA-nın Humanitar və İctimai Elmlər Bölməsi və akademiyanın Memarlıq və İncəsənət İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb. Elmi sessiyada çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli görkəmli bəstəkarın musiqi mədəniyyətimizə verdiyi dəyərli töhfələrdən danışıb, onu Azərbaycan musiqisinin canlı klassiki adlandırıb.
Akademik vurğulayıb ki, A.Məlikov çoxlarından fərqli olaraq şöhrətə gedən yola çox gənc yaşlarında çıxıb. Bəstəkar 26 yaşında ikən yazdığı “Məhəbbət əfsanəsi” ilə minlərin, milyonların gözə görünməyən məhəbbətini qazanıb. Dünyanın 60-dan çox ölkəsinin səhnələrində tamaşaya qoyulan “Məhəbbət əfsanəsi” baleti təkcə müəllifinə deyil, həm də onun mənsub olduğu xalqa böyük şöhrət qazandırıb. Diqqətə çatdırılıb ki, Qara Qarayev kimi dünya şöhrətli Azərbaycan bəstəkarından dərs alan Arif Məlikov musiqimizdə, incəsənətimizdə yeni bir səhifə açaraq təkcə müəlliminin arzu və istəklərini doğrultmamış, həm də əbədi yaşamaq hüququ, haqqı qazanıb.
A.Məlikov öz simfoniyaları ilə XX əsrin sonu-XXI əsrin əvvəllərində milli simfonik musiqimizin əsas inkişaf istiqamətini müəyyən etmiş, bu sahədə aparıcı rol oynamış bəstəkardır. Sənətdə ilk addımlarından o, musiqi aləmində bir ulduz kimi parlamış, sahibi olduğu fitri istedadını sonrakı illərdə cilalayıb kamilləşdirdiyi peşəkarlığı ilə tamamlayaraq yeni zirvələrə yüksəlib. O, belə möhtəşəm əsərləri - “Metamorfozlar”, Nazim Hikmətin sözlərinə 2 vokal silsilə, xalq çalğı alətləri orkestri üçün əsərlər, 7 nömrəli simfoniya, “Azərbaycan” balladası, 8 nömrəli simfoniya və digər teatr tamaşalarına yazdığı musiqilərlə çoxdan əbədiyaşarlıq qazanıb. A.Məlikov, eyni zamanda, ən populyar Azərbaycan filmlərinə musiqi yazmış bəstəkardır. Onların sırasında “Sehrli xalat”, “Axırıncı aşırım”, “Ulduzlar sönmür”, “Qərib cinlər diyarında” və başqalarını xüsusi qeyd etmək olar.
AMEA-nın vitse-prezidenti qeyd edib ki, Arif Məlikovun musiqisinə həm ulu öndər Heydər Əliyev, həm də dövlət başçısı İlham Əliyev çox böyük rəğbətlə yanaşıblar. Görkəmli bəstəkarın Azərbaycanın ən yüksək mükafatlarına layiq görüldüyü vurğulanıb. Qeyd olunub ki, dövlət başçısının 2013-cü il 13 sentyabr tarixli sərəncamı ilə Arif Məlikov Azərbaycan mədəniyyətinin inkişafındakı müstəsna xidmətlərinə görə “Heydər Əliyev” ordeni ilə təltif edilib.
Bildirilib ki, A.Məlikov həm də təcrübəli müəllim kimi böyük nüfuz sahibidir. Onun sinfində təhsil alan onlarla istedadlı gənc bəstəkar öz müəllimindən sənətin sirlərini, kompozisiyanın əsaslarını öyrənməklə yanaşı, bunlardan daha vacib olan keyfiyyətləri - Vətənə, xalqa məhəbbət hissini, milli mənəvi sərvətləri göz bəbəyi kimi qorumaq, klassik ənənələrimizi yaşadıb inkişaf etdirmək məsuliyyətini də əxz edir, onun himayəsi altında böyük həyat məktəbi keçir.
Böyük bəstəkar həm də bir vətəndaş kimi Azərbaycanımızın bütün çətin məqamlarında sözünü deməyi, vətəndaşlıq mövqeyini ortaya qoymağı bacarıb. Xalqımızın ağır günündə o, qələmə sarılaraq 20 Yanvar faciəsini əks etdirən “İttiham edirəm” kitabını yazıb. Dünya şöhrətli sənətkar həmin kitabda bu hadisələrdə günahı olan insanları cəsarətlə ifşa edərək, xalqımızın ağrı-acılarını dünyaya çatdırıb. Tədbirdə “Arif Məlikovun simfonik yaradıcılığı”, “Arif Məlikovun kino musiqisi”, “Arif Məlikovun baletləri” mövzularında məruzələr dinlənilib və məruzələr ətrafında fikir mübadiləsi aparılıb.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info