Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə KİV-in əməkdaşlığı inkişaf etdirilir
Tarix: 03.12.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Sumqayıt şəhərində Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə təşkilatçılığı ilə “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə kütləvi informasiya vasitələri arasında əməkdaşlığın inkişaf etdirilməsi” mövzusunda konfrans keçirildi.
Konfrans iştirakçıları öncə Sumqayıt şəhərində yerləşən Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri qoyublar. Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində konfrans öz işinə başlayıb. Əvvəlcə tədbir iştirakçıları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt Şəhər İdarəsində çağırışçıların çağırış, tibbi komissiyadan keçməsi və qeydiyyata alınması üçün yaradılmış şəraitlə tanış olublar.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov çağırış prosesi və həqiqi hərbi xidmətə çağırılanların tibbi müayinəsi və qeydiyyatı, eləcə də həqiqi hərbi xidmətini başa vurmuş şəxslərin qeydiyyatı barədə tədbir iştirakçılarına geniş məlumat verib. Şəhər İdarəsində yaradılmış şəraitlə tanışlıqdan sonra konfrans açıq elan olunub. Konfransda çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant Arzu Rəhimov tədbir iştirakçılarını salamlayaraq rəhbərlik etdiyi xidmətin media ilə əməkdaşlığının vacibliyini önə çəkib. O, bu əməkdaşlığın inkişaf etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb: “Bildiyiniz kimi, cari ilin noyabr ayının 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev media rəhbərləri ilə görüş keçirib. Həmin görüş bugünkü tədbirin də aktuallığını meydana qoydu. Prezident bir çox vacib məqamlarla yanaşı, belə bir incə nüansa da toxundu ki, müasir dünyada azad medianın inkişaf səviyyəsi həm də dövlətin tərəqqi səviyyəsini göstərir. Məlumdur ki, ötən əsrin 90-cı illərinin əvvəllərində media, fəaliyyətində bir sıra problemlərlə üzləşmişdi. Yalnız ümummilli lider Heydər Əliyevin bu sahədə atdığı addımlar, xüsusən də 1998-ci ildə senzuranın ləğvi medianın sürətli inkişafını təmin etdi. Ulu öndərin bu siyasəti hazırda cənab Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən davam etdirilir.
Prezidentin müvafiq göstərişi ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mediaya açıq qurumdur. Biz çalışırıq ki, media ilə işimizi lazımi səviyyədə quraq. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti xalqla ordu arasında körpü rolunu oynayır”. A.Rəhimov mediada vətənpərvərlik ruhunda daha çox material və verilişlərin hazırlanmasının arzuedilən olduğunu da vurğuladı.
Daha sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qeyd etdi ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə media nümayəndələrinin ilk dəfə bu formatda görüşü keçirilir: “Ümid edirik ki, belə görüşlər davamlı olacaq. Təqdirəlayiq haldır ki, Azərbaycan mediasının inkişafı dövlətin diqqət mərkəzindədir. Bu gün kütləvi informasiya vasitələrinə geniş qayğı göstərilir. Bu istiqamətdə müvafiq addımlar atılır, zəruri işlər görülür”.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin fəaliyyətini yüksək qiymətləndirən V.Səfərli ölkə mediasının fəaliyyəti və mövcud durumundan geniş şəkildə bəhs etdi. V.Səfərli görüşə qatılan media rəhbərlərini tədbir iştirakçılarına təqdim etdi: “Görüşə Azərbaycanda ictimai rəyin formalaşmasına təsir edən media qurumları qatılıblar. O da sirr deyil ki, bəzi “media qurumları” hələ də insanları şantaj etməklə öz məqsədlərinə çatmağa çalışırlar. Onlara qarşı məqsədyönlü fəaliyyət göstərilir”.
Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov da azad medianın inkişafına göstərilən diqqət və qayğıdan danışdı. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini general-mayor Novruzəli Orucov təmsil etdiyi qurumun fəaliyyəti barədə geniş məlumat verdi. Daha sonra tədbir disskusiya şəklində davam etdirildi.
İlkin




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Son beş ildə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb
21.02.2019
Dövlətin mühüm sosial layihəsi: hər il 5 milyondan çox insan pulsuz tibbi müayinədən keçir
21.02.2019
“Azərişıq” Xəzər rayonuna 10 komplekt transformator məntəqəsi göndərib
21.02.2019
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu regionlarda təlimlərə başlayıb
21.02.2019
Gömrükdən kişmiş adıyla narkotik vasitə keçirmək istədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info