Latviyanın “İR” portalı: “Gürcüstanla Cənubi Osetiya arasında “Berlin divarı” çəkilir”
Tarix: 03.12.2013 | Saat: 23:34:00 | E-mail | Çapa göndər


“Berlin divarı” Avropa ölkələrinin və xalqlarının siyasi və ideoloji düşərgələrə bölünməsini ifadə etmək üçün metafora kimi istifadə edilir. 9 noyabr 1989-cu ildə Berlin divarlarının dağıdılmasından sonra soyuq müharibəyə son qoyuldu. Bu prosesin üstündən təxminən 25 il keçəndən sonra əks prosesin yaşanmasının şahidi oluruq.
“Yeni “Berlin divarı” çəkilir-Rusiya Gürcüstan dövlətini parçalayan divar, tikanlı məftillər çəkir”. Bu fikirlər Latviyanın “İR” portalında yerləşdirilən məqalədə yer alıb. Müəllif Ayvars Ozolnş yazır ki, 2008-ci ilin avqust ayında Gürcüstanla Rusiya arasında baş verən müharibə Kreml üçün keçmiş sovet ölkələrinin Qərb strukturlarına inteqrasiyasının qarşısını almaq üçün dönüş nöqtəsi olub: “Bəziləri Avropada müharibənin mümkün olmadığını düşünür. Amma Rusiya maraq dairəsində asanlıqla güc tətbiq edə biləcəyini nümayiş etdirdi. Gürcüstan NATO-ya üzv olmağa hazırlaşırdı. Amma məlum müharibə bu prosesi dayandırdı. Nəticədə Gürcüstan ərazisinin 1/ 5 hissəsini itirdi. Bu gün Avropa ölkələri arasında hansısa baryerlərin çəkilməsini düşünmək ağlabatan deyil. Amma Rusiya 2011-ci ilin payızından etibarən Cənubi Osetiya və ya Sxinvali regionu ilə Gürcüstanın digər əraziləri arasında divar, tikanlı məftillər çəkir. Hazırda həmin proses yeni güc qazanıb. Avropa İttifaqının monitorinq qrupu müəyyən edib ki, çəkilən divar səddinin 80 faizi (40 km) bu il çəkilib. İşğal altındakı Abxaziyanı isə Gürcüstanın digər ərazilərindən uzun xəndək ayırır”. Müəllif yazır ki, Rusiyanın divar çəkmə əməliyyatını bu il sürətləndirməsi iki proses - Gürcüstanda keçirilən prezident seçkiləri və Vilnüsdə baş tutan “Şərq tərəfdaşlığı” sammiti ilə bağlı olub. Məqalədə vurğulanır ki, Ukraynada baş verən son qarışıqlıq “Şərq tərəfdaşlığı” sammiti ilə əlaqədardır. Qeyd edilir ki, Ermənistan Avropa İttifaqı ilə saziş imzalamaqdan imtina edərək Gömrük İttifaqına üzv olmağa razılıq verib: “Moldova şərabına qadağa qoyulub. Bu ölkəyə “Qazprom”un qazından məhrum ola biləcəyi ilə bağlı xəbərdarlıq edilib. Gürcüstan da iqtisadi sanksiyalara məruz qalıb. İndi isə Gürcüstanla münaqişə tənzimlənənə kimi Cənubi Osetiyanın müdafiəsinə ehtiyac olduğu əsas gətirilərək divar çəkilir. Amma divar çəkilməsi əməliyyatı ciddi narazılıq yaradıb. Çünki çəkilən divar küçələrin, kəndlərin ortasından keçir”. Yazıda qeyd edilir ki, Avropa İttifaqının Xarici məsələlər üzrə komissarı Kiterin Eşton, ABŞ Dövlət Departamenti, NATO Gürcüstan ərazisində çəkilən divarlardan narazılıq ifadə edib, bunun sülh prosesinə mənfi təsir edəcəyini açıqlayıblar. O da qeyd edilir ki, 2008-ci ildə Gürcüstanı bombalamış təyyarəçilərdən biri Soçi Olimpiadasında Olimpiya məşəlini daşıyanlardan biri olacaq. Rusiya-Litva münasibətlərinə də toxunan müəllif yazır: “Rusiya Qərblə başlanan yeni soyuq müharibədə bizim də Gürcüstan kimi divarın düzgün olmayan tərəfində olduğumuzu düşünür”.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info