“Kosmosa səyahət” sərgisinin ilk dünya təqdimatı olub
Tarix: 03.12.2013 | Saat: 23:47:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində ABŞ-ın Kosmik və Raket Mərkəzinin “Kosmosa səyahət” sərgisinin ilk dünya təqdimatı olub. Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov “Kosmosa səyahət” sərgisinin açılışı mərasimində çıxış edərək deyib: “Sərginin bu il açılması çox əlamətdardır.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il “İnformasiya- kommunikasiya texnologiyaları ili” elan olunub. Bu il fevralın 8-də Azərbaycanın ilk süni peyki orbitə buraxılıb”. Heydər Əliyev Mərkəzinin artıq beynəlxalq sərgilər, konfranslar keçirildiyi məkana çevrildiyini deyən Anar Ələkbərov bu sərginin ərsəyə gəlməsində dəstəyə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya və tərəfdaş təşkilatlara təşəkkürünü bildirib.

ABŞ-ın Kosmik və Raket Mərkəzinin icraçı direktoru Debra Barnhart bu möhtəşəm sərginin təşkilinə görə Heydər Əliyev Mərkəzinə təşəkkür edib. O deyib ki, sərgidə insanın kosmos sahəsində nailiyyətlərini əks etdirən eksponatlar nümayiş olunur. D.Branhart bildirib ki, ABŞ-ın Kosmik və Raket Mərkəzi bütün dünya üzrə gənclərin məlumatlandırılması ilə məşğul olur və bu sərgi də Azərbaycan gənclərini insanın kosmos sahəsində əldə etdiyi uğurlarla tanış etmək məqsədi daşıyır. O, Azərbaycan xalqını ölkənin ilk süni peykinin orbitə buraxılması münasibətilə təbrik edib. Alabama Elmi Kosmik Sərgisinin direktoru Rusvet Levis bildirib ki, sərginin məqsədi kosmos sahəsində yalnız keçmişdə olanları nümayiş etdirmək deyil, eyni zamanda, gələcəkdə insanların hansı nailiyyətlərə imza ata biləcəyini görmək üçün zəmin yaratmaqdır: “Ona görə də belə sərgiləri dünyanın hər yerində nümayiş etdirməklə biz əsasən gənclərin diqqətini cəlb etməyə çalışırıq”. Həmyerlimiz, Bakıda anadan olmuş kosmonavt, Sovet İttifaqı Qəhrəmanı Musa Manarov belə bir sərginin doğma Azərbaycanın paytaxtında keçirilməsinə görə təşkilatçılara minnətdarlıq edərək deyib: “Azərbaycan mənim vətənimdir. Azərbaycanda Yerin dərin qatlarına həmişə diqqət çox olub. Bunun nəticəsidir ki, Azərbaycan neft ölkəsidir. Qəhrəman Azərbaycan neftçilərinin əməyi və bu neftin sayəsində İkinci Dünya müharibəsində qələbə qazanmaq mümkün olub. Lakin hazırda Azərbaycanda diqqət səmaya yönəlir. Düşünürəm ki, gənclər getdikcə kosmosa maraq göstərəcək və gələcəkdə Azərbaycandan da astronavtlar olacaq”. Sonra sərgi ilə tanış olmuşlar. Sahəsi 3500 kvadratmetr olan sərgidə yüzədək eksponat nümayiş etdirilir. Onların arasında kosmik stansiyalar, kosmosda olmuş aparatlar və Ay səthindən gətirilmiş orijinal daş parçası, müxtəlif peyklərin hissələri və onların maketləri, kosmonavt geyimləri və aksessuarları, meteoritlər və s. var.
Sərgidə Azərbaycanın aerokosmik nailiyyətlərini əks etdirən xüsusi təqdimat da olub. Burada Azərbaycanın ilk süni peyki barədə məlumatlar, onun maketi də yer alıb.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib
14.11.2018
Daxili orqanlarında narkotik vasitə keçirmək istədilər
14.11.2018
“Xanoba“ gömrüyündə qızıl zərgərlik məmulatları keçirən şəxs saxlanılıb
14.11.2018
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
13.11.2018
Ali təhsil ocağında görkəmli rəssamın xatirəsi anılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10470

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info