Britaniyanın İrandakı müvəqqəti işlər vəkili Tehrana qayıdır
Tarix: 03.12.2013 | Saat: 23:55:00 | E-mail | Çapa göndər


Böyük Britaniyanın İrandakı müvəqqəti işlər vəkili Acay Şarmanın başçılıq etdiyi nümayəndə heyəti bu gün Tehrana gələcək.
Bu barədə brifinqdə jurnalistlərin sualına cavabında İran XİN-in mətbuat katibi Mərziyyə Əfxəm bildirib ki, səfər zamanı diplomat Tehrandakı Böyük Britaniya nümayəndəliyinin binası ilə tanış olacaq, İran XİN-də görüşlər keçirəcək. M.Əfxəm əlavə edib ki, bundan sonra İranın Böyük Britaniyadakı müvəqqəti işlər vəkili də Londona səfər edərək orada XİN-in rəsmiləri ilə görüşəcək. Qeyd edək ki, iki ölkə arasında diplomatik əlaqələr 2011-ci ildən sonra kəsilib. Buna səbəb 2 il əvvəl Tehranda baş verən iğtişaşlar zamanı nümayişçilərin səfirliyə hücum etməsi və diplomatik nümayəndəliyə ciddi ziyan vurması olub. Həsən Ruhaninin bu il prezident seçilməsindən sonra iki ölkə arasında diplomatik əlaqələrin normallaşması prosesi müşahidə olunmağa başlayıb.




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib
16.11.2018
ABŞ Gülənin ekstradisiyasının yollarını axtarır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info