Bakı-Abşeron gəncləri üçün marketinq təlimləri keçirilir
Tarix: 04.12.2013 | Saat: 14:54:00 | E-mail | Çapa göndər


“Gəncliyin Elmi Mədəni İnkişafı” İctimai Birliyi (GEMİ) Bakı-Abşeron gəncləri üçün marketinq təlimləri keçirir. Təlimlər Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Bakı-Abşeron gəncləri üçün müasir marketinq məktəbi" layihəsi çərçivəsində təşkil olunub.
GEMİ-in mətbuat xidmətindən verilən məlumata görə, iki aylıq təlimlərdə Bakı-Abşeron bölgəsindən 18-29 yaşları arasında 30 nəfər gənc iştirak edir. Təlimlər GEMİ-in cəlb etdiyi mütəxəssislər tərəfindən həftənin 2-4-cü günləri ödənişsiz həyata keçirilir. Artıq bir aydır ki, dərslər gedir.
Layihə barədə danışan GEMİ-in sədri Sərdar Yusifoğlu bildirdi ki, layihənin keçirilməsində əsas məqsəd Bakı-Abşeron bölgəsindən olan gənclərə təcrübəli müəllimlər tərəfindən marketinq üzrə kursların keçirilməsi, bununla da onların peşəkar bacarıqlarının artırılmasına və işlə təmin olunmasına dəstəyin göstərilməsidir.
“Gənclərin iş tapmaları üçün marketinq üzrə nəzəri və praktiki biliklərin və bacarıqlarının inkişaf etdirilməsini hədəf seçmişik. Biz istəyirik ki, gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu artsın, gənclərimiz müsbət dəyişikliyə doğru irəliləməkdə daha əzmli olsun”, - deyə S.Yusifoğlu vurğuladı.


Fuad




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10492

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info