“Akkord” korporasiyası Qazaxıstanda 3-cü iri layihəsini həyata keçirəcək
Tarix: 04.12.2013 | Saat: 16:15:00 | E-mail | Çapa göndər


“Akkord-Todini-İmpregilo” Azərbaycan-İtaliya birgə müəssisəsi Qazaxıstan Respublikasında CAREC III dəhlizi - “Çimkent-Daşkənd” yolunun tikintisi layihəsi çərçivəsində elan edilmiş tenderdə qalib gəlib.
“Akkord”un mətbuat xidmətindən bildiriblər ki, nizamnamə kapitalında 50 faiz paya malik olan korporasiya birgə müəssisənin əsas iştirakçısıdır. Layihə Asiya İnkişaf Bankı tərəfindən maliyyələşdirilir.
“Almatı-Korday-Blaqoveşenka-Merke-Daşkənd-Termez” yolunun 705–742-ci kilometrlik (cəmi 37,5 kilometr) hissəsinin bərpası üzrə müvafiq müqavilə Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Yolları Komitəsi ilə imzalanıb.
Dəyəri 82,2 milyon ABŞ dolları təşkil edən müqavilə qiymətinin işlərin gedişatı zamanı artırılması imkanları nəzərdə tutulub.
Müqavilə üzrə görüləcək işlərin həcmi 2 hissəyə bölünüb. Birinci hissə bir istiqamətdə uzunluğu 30 kilometr olan iki zolağın, ikinci hissə isə bir istiqamətdə uzunluğu 44 kilometr təşkil edən daha iki zolağın çəkilişindən ibarətdir. Müqavilə ilə nəzərdə tutulmuş işlərin 2,5 il ərzində tamamlanması nəzərdə tutulur.
Bu, “Akkord” korporasiyasının Qazaxıstanda həyata keçirəcəyi artıq 3-cü layihə olacaq.
“Akkord” korporasiyası “Qərbi Avropa–Qərbi Çin” Beynəlxalq tranzit dəhlizi layihəsində 2 lot üzrə baş podratçı qismində çıxış edir. Həmin layihə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilir, sifarişçisi qismində isə Qazaxıstan Respublikasının Nəqliyyat və Kommunikasiya Nazirliyinin Avtomobil Yolları Komitəsi çıxış edir.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10490

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info