Litvada Xocalı soyqırımı ilə bağlı yazı müsabiqəsi elan edilib
Tarix: 04.12.2013 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Litvanın "Public Agency Geopolitical Studies" (Geosiyasi Tədqiqatlar Mərkəzi) təşkilatı Xocalı soyqırımının ildönümünə aid yazı müsabiqəsi elan edib.
Şuradan “Palitra”ya verilən məlumata görə, litvalı siyasətçilər, alimlər, tarixçilər, ictimai xadimlər Xocalı soyqırımına, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunan ən yaxşı tədqiqat işlərini müsabiqəyə təqdim edəcəklər.
Müsabiqənin əsas məqsədi Xocalı soyqırımı və Qarabağ həqiqətləri haqqında Litva cəmiyyətində düzgün təsəvvürlər formalaşdırmaq və münaqişənin həllinə töhfə verməkdən ibarətdir.
Təşkilat ən yaxşı tədqiqat məqaləsinə görə 7 müəllifi qonorarla mükafatlandıracaq. Daha sonra müsabiqənin qalibləri mövzu ilə bağlı Azərbaycanda keçiriləcək "dəyirmi masa"da iştirak edəcəklər və qalib gəlmiş məqalələr kitab şəklində nəşr olunacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info