Yeni emal zavodu üçün minə qədər milli standart hazırlanacaq
Tarix: 04.12.2013 | Saat: 16:31:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Azərbaycan Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutu ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti arasında müqavilə imzalanıb.
Dövlət Komitəsindən verilən məlumata görə, müqavilə Bakı şəhəri yaxınlığında tikiləcək yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksinin (NQNK) inşası və gələcək fəaliyyətinin təmin edilməsi üzrə tətbiq ediləcək standartların hazırlanmasını və Azərbaycan Respublikasının dövlət standartları kimi qeydiyyata alınmasının təmin edilməsini əhatə etməkdədir.

Müqavilə predmeti olan layihə çərçivəsində institut mütəxəssisləri tərəfindən NQNK-nın inşası zamanı tətbiq olunacaq tikinti sahəsi üzrə beynəlxalq və regional standartlar, həmçinin NQNK-nın gələcək fəaliyyətinin təmin edilməsi istiqamətində neft, qaz və kimya sahələri üzrə beynəlxalq və regional standartların aktuallığı araşdırılacaq, Azərbaycan dilinə tərcümələri təmin olunmuş standart layihələri linqvistik, orfoqrafik və dövlət standartlaşdırma sisteminə uyğunluğu üzrə ekspertizası aparılacaq.
Layihənin birinci mərhələsinin müddəti 2 il təşkil edir. Ümumilikdə layihənin müddəti 8 ilə yaxındır və layihə çərçivəsində minə qədər beynəlxalq və regional standartlar əsasında milli standartların hazırlanması planlaşdırılır.
Tural




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
SOCAR-ın Ukraynadakı yanacaqdoldurma məntəqəsi MDB-də ən yaxşı YDM seçilib
26.09.2018
“Karyerada ilk addım”: 254 vakant iş yeri təqdim edilib
26.09.2018
“Gazprom Neft”in nümayəndələri SOCAR-ın təlim mərkəzləri ilə tanış olub
26.09.2018
Ölkəyə daxil olan nəqliyyat vasitələrinin ölkədəqalma müddətinin ləğvi nəzərdə tutulub
26.09.2018
Bu il Türkiyə Azərbaycandan 3,8 milyard kubmetrədək təbii qaz idxal edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info