Azərbaycan Tatarıstanın təcrübəsindən yararlana bilər
Tarix: 04.12.2013 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


“Azərbaycan qeyri-neft sektoru sahələrinin inkişafında Tatarıstanla əməkdaşlığa maraq göstərir”. “Palitra”nın məlumatına görə, bu barədə Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşü zamanı Azərbaycanın iqtisadiyyat və sənaye nazirinin müavini Niyazi Səfərov bildirib.
Onun sözlərinə görə, Tatarıstanın nümayəndə heyəti maşınqayırma, kənd təsərrüfatı və digər sahələrə marağını ifadə edib: "Prinsip etibarilə tərəflərin maraqları üst-üstə düşür və müvafiq olaraq tərəflər arasında əməkdaşlıq üçün imkanlar var".
N.Səfərovun sözlərinə görə, hazırda Azərbaycanda dörd sənaye parkının yaradılması üzrə işlər gedir. Həmçinin Sumqayıtda texnopark yaradılır. Öz növbəsində, Tatarıstanın azad iqtisadi zonalar və sənaye parklarının yaradılması sahəsində təcrübəsi var və bu sahədə öz təcrübəsinin bölüşə bilər.
Nazir müavininin qeyd etdiyi kimi, Azərbaycanla RF arasında əlaqələr strateji əməkdaşlıq səviyyəsindədir. Azərbaycan iqtisadiyyatı inkişaf edir və ölkənin iqtisadi potensialı RF və onun subyektləri, o cümlədən Tatarıstanla ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönələ bilər.
Tatarıstanın sənaye və ticarət nazirinin müavini İldar Minqaleyevin sözlərinə görə, Tatarıstandan maşınqayırma, kimya, yüngül və qida sənayesi, eləcə də kənd təsərrüfatı məhsullarının tədarükünün artırılması istiqamətləri perspektivlidir.
Onun sözlərinə görə, 2012-ci ildə Azərbaycanla Tatarıstan arasında əmtəə dövriyyəsi 255 milyon dollar təşkil edib.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info