Avadanlıqlar növbəti mövsümə hazırdır
Tarix: 04.12.2013 | Saat: 18:53:00 | E-mail | Çapa göndər


İstehlakçıların keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi istiqamətində ölkə ərazisində fəaliyyət göstərən enerji təsərrüfatlarında ənənəvi təmir-bərpa işləri yerinə yetirilir.
“Azərenerji” ASC-nin mətbuat xidməti məlumat verir ki, “Şəki Elektrik Şəbəkəsi” müəssisənin xidməti ərazisində qış mövsümünə hazırlıq məqsədilə bir sıra təmir işləri yerinə yetirilib. O cümlədən, 50 transformator məntəqəsində (TM) müxtəlif təyinatlı təmir işləri həyata keçirilib.
Qeyd edək ki, 10, 6 və 0,4 kV-lik hava elektrik verilişi xətlərində də əsaslı və cari təmir işləri aparılıb, istismara yararsız naqillər yeniləri ilə əvəz edilib. Nəticədə 10 kV-lik “Aydınbulaq”, “Suçma”, “Sənaye”, 6 kV-lik II, IV, VIII “Şəhər” və digər bir neçə xəttin ümumilikdə 32,5 kilometrdən artıq hissəsi təmir edilib. Eyni zamanda, Şəki şəhəri, Cəfərabad, Qayabaşı, Çeşməli və digər kəndlərdə də 0,4 kV-lik xətlərin 33,4 kilometrə yaxını təmir edilib. Yeri gəlmişkən, növbəti mövsümün uğurla başa çatdırılması istiqamətində enerji təchizatçıları öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırlar.
Cari ilin oktyabr ayında müəssisənin xidmət ərazisində 11,2 milyon kilovatsaata yaxın elektrik enerjisi istehlak edilmişdir ki, bu da ötən ilin müvafiq dövründəki istehlakdan 1,6 milyon kilovatsaata yaxın çoxdur. Ödəniş isə ötən ilin müvafiq dövründəki göstəricidən mütləq 21 faizə yaxın çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupu tərəfindən istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 844 min kilovatsaat artaraq 6,4 milyon kilovatsaata yaxın olub. Ödənişdə mütləq artım isə 12 faizdən artıq olub. Onu da qeyd edək ki, cari ilin 10 ayı ərzində müəssisə üzrə istehlak ötən ilin müvafiq dövrü ilə müqayisədə 7,4 milyon kilovatsaat artaraq 107,6 milyon kilovatsaata yaxın olub. Ödəniş isə ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq 12 faiz artıb. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə bu göstəricilər müvafiq olaraq 3,8 milyon kilovatsaata yaxın, 55,7 milyon kilovatsaatdan artıq və 8 faizə yaxın olub.
Cari ilin oktyabr ayında müəssisənin xidməti ərazisində keçirilmiş reydlər zamanı 140-dan artıq istehlakçının sayğac uçot komplektində pozuntu faktı aşkar edilib. Aşkar edilmiş qayda pozuntuları müvafiq qaydada aktlaşdırılıb, 137,1 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 8,2 min manatdan çox istehlak dəyəri bərpa edilib. Onu da qeyd etmək yerinə düşərdi ki, cari ilin 10 ayı ərzində sözügedən qayda pozuntusuna görə müəssisənin xidməti ərazisində 850 qüsur aktı tərtib olunub, 2 milyon 105,7 min kilovatsaatdan artıq itirilmiş elektrik enerjisinin 126,3 min manatdan çox istehlak dəyəri bərpa edilib. Həyata keçirilən müvafiq tədbirlər nəticəsində həmin bu məbləğin 77 faizdən artıq hissəsinin ödənişi təmin edilib və qalan hissənin ödənilməsi istiqamətində isə müvafiq tədbirlər həyata keçirilir.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq
19.09.2018
Göyçayda sahibkarlar üçün treninq keçirilib
19.09.2018
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək
19.09.2018
“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info