Türkiyənin aqrar sahədəki təcrübəsini öyrənəcəyik
Tarix: 04.12.2013 | Saat: 20:12:00 | E-mail | Çapa göndər


Dekabrın 4-də Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov Türkiyənin ölkəmizdəki səfiri İsmayıl Alper Coşqun ilə görüşüb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşdə iki ölkə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri müzakirə edilib.
Aqrar sahədə mövcud əlaqələrdən danışan nazir Heydər Əsədov əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. Nazir bu sahədə Türkiyə təcrübəsinə önəm verdiyini nəzərə çarpdırmış və bu məqsədlə türk iş adamlarını Azərbaycana dəvət edib.
Heydər Əsədov kənd təsərrüfatına dövlət dəstəyi sahəsində Türkiyə təcrübəsinin öyrənilməsində, fermerlərin təşkilatlanması və kənd təsərrüfatı istehsalçıları birliklərinin yaradılmasında, onlara kreditlərin verilməsində, heyvanların müasir tələblərə cavab verən kəsim qaydalarının tətbiqində və digər sahələrdə təcrübə mübadiləsi aparılmasını, habelə elmi-tədqiqat infrastrukturunun təşkilində əməkdaşlıq təklif edib.
İsmayıl Alper Coşqun iki ölkə arasında aqrar sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini deyib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info