İtaliya qəzetində Azərbaycan şərabları ilə bağlı məqalə dərc edilib
Tarix: 04.12.2013 | Saat: 20:25:00 | E-mail | Çapa göndər


İtaliyanın nüfuzlu “İl Sole 24 Ore” qəzetində bu ölkənin şərablarının Azərbaycanda təqdimatı ilə bağlı məqalə dərc edilib.
Məqalədə bildirilir ki, şərabçılıq sahəsində fəaliyyət göstərən italiyalı mütəxəssislərdən ibarət nümayəndə heyəti təqdimatla bağlı Azərbaycanda səfərdədir. Məqsəd şərabçılığı bütün regional iqtisadiyyatın təbliğində bir vasitəyə çevirməkdir.
Yazıda diqqətə çatdırılır ki, səfər çərçivəsində italiyalı qonaqlar bir sıra görüşlər, mətbuat konfransları keçirəcək və bu sahədə regional iqtisadiyyatı təbliğ etmək üçün mövcud imkanları dəyərləndirəcəklər.
Azərbaycanda şərabçılığın qədim bir ənənə olduğunu yazan müəllif bildirib ki, ölkəmizdə bu sahə ilə bağlı əsas infrastruktur Gəncə, Şirvan, Qazax, Qəbələ və digər bölgələrdə inkişaf etdirilib. Vurğulanıb ki, Azərbaycan istehsalı olan “Savalan” şərabı öz yüksək keyfiyyəti ilə seçilir.
Azərbaycanda adambaşına düşən gəlirin getdikcə artdığını vurğulayan müəllif ölkəmizin sürətli iqtisadi inkişafı barədə də məlumat verib. Bildirib ki, Azərbaycan şərab da daxil olmaqla bir sıra keyfiyyətli məhsulların istehlakı üzrə regionda lider ölkədir.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”
12.11.2018
“Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir”
12.11.2018
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10458

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info