Elektron universitet sistemi Bolonya prosesinin tələbidir
Tarix: 04.12.2013 | Saat: 20:26:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti Elektron Məlumat Sisteminin bazara təklif edilməsinin təmin edilməsi istiqamətində Azərnet şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu barədə universitetdən qəzetimizə bildirilib. 10 ilə yaxındır ki, Qafqaz Universitetində elektron universitet sistemi tətbiq olunur. Protokolun mövzusu, Təhsil Nazirliyinin müvafiq əsasnamələrini və Bolonya prosesinin tələblərini nəzərə alaraq, Qafqaz Universiteti nəzdində mövcud olan Elektron Məlumat Sistemini inkişaf etdirərək Təhsil Nazirliyi və digər tərəfdaşlarla (ali təhsil müəssisələri) işgüzar əməkdaşlıq çərçivəsində satışını təmin etməkdir.
Bu Protokol çərçivəsində Qafqaz Universitetinin Elektron Məlumat Sistemi analiz olunacaq və yeni tədbirlər planı hazırlanacaq.Təkmilləşdirilən sistem Qafqaz Universitetində əvəzsiz tətbiq olunacaq, daha sonra satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif olunacaq. Avropa universitetlərinin də tətbiqinə ehtiyacı olduğu bu sistem ilkin mərhələdə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə təklif olunacaq.
Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç sistemin Bolonya prosesinə uyğun olduğundan tələbələrin sərbəst dərs seçməsi, imtahan sistemini avtomatikləşdirməsi , elektron kitabxana sistemini özündə əks etdirdiyini bildirərək Qafqaz Universitetinin bu sahədə də ilkə imza atdığını qeyd edib.
Azərbaycanda ilk dəfə Qafqaz Universitetində fəaliyyət göstərən Texnoparkın fəaliyyətində də bu sistemin mühüm rolu var .
Universitetin dosenti Abuzetdin Adamov interaktiv lövhədə sistemin işləmə prosesi və istifadə qaydaları barədə məlumat verib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
15.02.2019
Ədliyyə naziri Xaçmazda vətəndaşları qəbul edib
15.02.2019
Алексей Ретеюм: “Дизайн Баку поражает. Москве есть чему поучиться“
15.02.2019
Masallıda təqdimat: “Bizim tanıdığımız Elmira...”
15.02.2019
Masallıda “Xocalı faciəsi qan yaddaşımızdır” mövzusunda inşa müsabiqəsi keçirilib
15.02.2019
Səfir: “Azərbaycanda tolerantlığın yüksək səviyyədə olmasını bütün dünya etiraf edir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10597

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
3 Prezident İlham Əliyevin Real televiziyasına müsahibəsi (Yenilənib)
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 Bakıda yeni otel istifadəyə verilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info