Ukrayna və “Qazprom” razılığa gəldi
Tarix: 04.12.2013 | Saat: 22:35:00 | E-mail | Çapa göndər


Ukraynanın “Naftoqaz” şirkəti Rusiyanın “Qazprom” konserni ilə oktyabr-dekabr aylarında alınmış qazın ödənişini 2014-cü ilin yazında həyata keçirilməsinə dair razılığa gəliblər.
“RİA Novosti”nin xəbərinə görə, bu barədə “Naftoqaz” şirkətinin rəhbəri Yevgeni Bakulin bildirib. “Bölgələrdə bu günə olan problem və məsələləri həll etmək üçün biz oktyabr, noyabr və dekabr üzrə ödənişləri yaz mövsümünə keçirtdik”- deyə o bildirib. Qeyd edək ki, Ukraynanın energetika naziri Eduard Stavitski noyabrda “Naftoqaz” və “Qazprom”un Rusiya qazının Ukraynaya tədarükü üzrə yeni ödəniş qrafikinə dair kompromisli razılaşmaya nail olduqlarını bildirmişdi. Nazir o zaman razılaşmanın təfərrüatlarını açıqlamamışdı. “Naftoqaz” rəhbəri həmçinin əlavə edib ki, Nazirlər Kabinetinn fəaliyyətinin bloklanması səbəbindən şirkət avqust ayı üzrə olan qaz borcunu dekabrın 7-dək ödəyə bilməyəcək. Bakulinin sözlərinə görə, avqust ayı üzrə olan qaz borcunun həcmi 765 mln. dollar təşkil edir.




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb
24.09.2018
Minsk şəhərində “Bakı Bulvarı”
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10143

1 Yalnızlıq qorxusu
2 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
3 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Öz vətənimdə dünya çempionu oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info