Elektron universitet sistemi Bolonya prosesinin tələbidir
Tarix: 04.12.2013 | Saat: 22:49:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti Elektron Məlumat Sisteminin bazara təklif edilməsinin təmin edilməsi istiqamətində Azərnet şirkəti ilə əməkdaşlıq protokolu imzalayıb. Bu barədə universitetdən qəzetimizə bildirilib.
10 ilə yaxındır ki, Qafqaz Universitetində elektron universitet sistemi tətbiq olunur. Protokolun mövzusu, Təhsil Nazirliyinin müvafiq əsasnamələrini və Bolonya prosesinin tələblərini nəzərə alaraq, Qafqaz Universiteti nəzdində mövcud olan Elektron Məlumat Sistemini inkişaf etdirərək Təhsil Nazirliyi və digər tərəfdaşlarla (ali təhsil müəssisələri) işgüzar əməkdaşlıq çərçivəsində satışını təmin etməkdir. Bu Protokol çərçivəsində Qafqaz Universitetinin Elektron Məlumat Sistemi analiz olunacaq və yeni tədbirlər planı hazırlanacaq.Təkmilləşdirilən sistem Qafqaz Universitetində əvəzsiz tətbiq olunacaq, daha sonra satış məqsədi ilə digər ali təhsil müəssisələrinə təklif olunacaq. Avropa universitetlərinin də tətbiqinə ehtiyacı olduğu bu sistem ilkin mərhələdə Azərbaycanda fəaliyyət göstərən ali təhsil müəssisələrinə təklif olunacaq. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç sistemin Bolonya prosesinə uyğun olduğundan tələbələrin sərbəst dərs seçməsi, imtahan sistemini avtomatikləşdirməsi , elektron kitabxana sistemini özündə əks etdirdiyini bildirərək Qafqaz Universitetinin bu sahədə də ilkə imza atdığını qeyd edib. Azərbaycanda ilk dəfə Qafqaz Universitetində fəaliyyət göstərən Texnoparkın fəaliyyətində də bu sistemin mühüm rolu var . Universitetin dosenti Abuzetdin Adamov interaktiv lövhədə sistemin işləmə prosesi və istifadə qaydaları barədə məlumat verib.
İlkin




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
Lerik rayonunun Pirəsora və Conu kəndlərində tibb məntəqəsi tikiləcək
19.02.2019
Gözəllik salonlarından oğurluq edən şəxs saxlanılıb
19.02.2019
Masallı MKS-də böyük Azərbaycan dramaturquna həsr olunmuş tədbir keçirilib
19.02.2019
Masallı rayonunda zəlzələ baş verib
18.02.2019
Paytaxtın əsas avtomagistrallarında sürət həddi endirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10605

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı
5 ABŞ-da atışma: xəsarət alanlar var


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info