Dövlət idarəçiliyi məktəbinə çevrilən siyasi irs
Tarix: 04.12.2013 | Saat: 23:18:00 | E-mail | Çapa göndər


AMEA Naxçıvan Bölməsində “Heydər Əliyev lektoriyası”nın 57-ci məşğələsi keçirilib. Lektoriyanın budəfəki mövzusu belə olub - “Heydər Əliyev-siyasi rəhbərlikdən ümummilli liderə”. Məşğələni giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev qeyd edib ki, tarixdə hər bir siyasi lider dövlət xadiminə çevrilə bilmədiyi kimi, dövlət xadimi olan hər bir siyasi lider də ümummilli liderə çevrilə bilmir.
Ümummilli liderə o şəxsiyyətlər çevrilə bilir ki, onlar taleyüklü məqamlarda məsuliyyəti cəsarətlə öz üzərinə götürür, milli və dövlətçilik maraqlarını bütün addımları atmaq üçün əsas istiqamətverici amil hesab edir və millətinin müstəqil şəkildə öz müqəddəratını təyin etməsini təmin edir. Akademiyanın sədri dünya səviyyəli müxtəlif dövlət və siyasi xadimlərin ümummilli lider haqqında söylədiyi fikirləri xatırladıb.
Sonra AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli “Heydər Əliyev - siyasi rəhbərlikdən ümummilli liderə” mövzusunda məruzə edib, ümummilli liderin tarixi və siyasi fəaliyyətindən bəhs edib. Qeyd olunub ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində daim tərəqqisi üçün çalışdığı, zəngin mədəniyyəti, böyük tarixi keçmişi ilə həmişə qürur duyduğu və gələcək nəsillərinin taleyi üçün düşündüyü doğma yurdu Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxarıb.
O, böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib, buna görə də Heydər Əliyev fenomeni həmişə diqqəti cəlb edib, heyranlıq doğuracaq coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya ictimaiyyətinin diqqətini cəlb edib. Heydər Əliyev birinci dəfə hakimiyyətə gələndə - 1960-cı illərin axırlarında Azərbaycan iqtisadi və mədəni tənəzzül dövrünü yaşayırdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşanmışdı.
Azərbaycanın XX əsrin 90-cı illərinin əvvəllərində düşdüyü ağır ictimai, iqtisadi, siyasi böhran haqqında danışan məruzəçi o zaman blokada şəraitində olan, düşmən təcavüzünə məruz qalan Naxçıvanın Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi qorunub saxlanılmasında ümummilli liderin misilsiz xidmətlərindən danışıb.
Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə də, yenə özünün siyasi bacarığı gücünə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas edə bilmiş və cəmiyyətin məqsədini, qayəsini öz varlığında, özünün güclü şəxsiyyətində təzahür etdirərək, doğma xalqını yenidən vahid bir məfkurə ətrafında səfərbər edib, onun qəlbində sabaha inam hissi yaratmağı bacarmışdı.
Bütün bu illər ərzində əsl rəhbər kimi məhz Heydər Əliyev Azərbaycan həqiqətlərini qətiyyətlə bütün dünyaya tanıda bilib. Azərbaycan yalnız Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra özünün geosiyasi imkanlarını gerçəkləşdirməyi bacarıb. Heydər Əliyevin siyasi zəkası sayəsində Azərbaycanın beynəlxalq aləmdən təcrid olunmaq təhlükəsi arxada qalıb.
Vurğulanıb ki, müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq, əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq. Sonra məruzə ətrafında çıxışlar olub. Lektoriyaya AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.
Elnur KƏLBİZADƏ




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
21.09.2018
Cüdo üzrə dünya çempionatının açılış mərasimi keçirilib
21.09.2018
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
21.09.2018
Sumqayıtın ən innovativ startap layihələri bəlli oldu
21.09.2018
Ramin Quluzadə Qazaxda vətəndaşlarla görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info