“Handelsblatt” nəşri: “Banklar Ukraynadakı siyasi xaosdan qorxurlar”
Tarix: 04.12.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


“Hazırda ruslar Ukraynanın maliyyə bazarında dominantlıq edirlər”
Almaniyanın "Handelsblatt" nəşri yazır ki, banklar Ukraynadakı siyasi xaosdan qorxurlar. Avstriya bankı Raiffeisen International (RBI) Ukraynada dördüncü böyük bank hesab olunur. Bundan başqa “Unicredit” bankı da bu Şərqi Avropa ölkəsində baş verən siyasi hadisələrə reaksiya verib. Banklar Ukraynada hakimiyyət uğrunda küçələrdə gedən mübarizələrin aqibətindən qorxurlar.


Vyanada “Bank Austria”nın idarə heyəti sədrinin müavini, Şərqi və Mərkəzi Avropada şirkətlərin bank biznesini kurasiya edən Janni Franko Papa bu barədə fikirlərini belə bildirib: “Banklar üçün ən mühüm amil - ölkədə stabil situasiyanın olmasıdır. Biz ümid edirik ki, gələn həftə situasiya normallaşacaq”.
Qeyd edilir ki, o, öz mövqeyində tək deyil. Maliyyə eksperti qeyd edir: “Bu baxımdan bizdə ən az problem Belarusdadır. Orada hakimiyyət qarantiyası hökmranlıq edir”.
Amma Avstriya bankı olan “Raiffeisen International” Ukraynadakı biznesinə xitam vermək istəyir. Vyandakı biznes dairələrindən sızan informasiyalara görə, bu Avstriya şirkətinin ukraynalı “qızı” olan “Aval” bankı satışa qoyulub. Amma qiymət aşağı salınmır. Bu barədə sazişlərin tamamlanması bu ilin sonuna qədər gözlənilmir də. “Karl Sevelda”nın idarə heyətinin sədri isə 2 milyard avrodan da artıq pulla bankın satışını tamamlamağı planlaşdırır. 8 il öncə “Raiffeisen Bank” ölkənin bazarına girib. O, 46 milyonluq ölkəyə 1,05 milyard dollarla qədəm basıb. Hazırda isə “Raiffeisen Bank Aval JSC” 4,9 milyard avroluq balans yekunu ilə Ukraynada dördüncü böyük bank hesab edilir. Amma artıq hazırda ruslar Ukraynanın maliyyə bazarında dominantlıq edirlər. Son araşdırmalara görə, onların bazardakı payı 38 faiz təşkil edir. İkinci yerdə isə 15 faizlə Avstriya gəlir. Üçüncü yerdə 14 faizlə İtaliya dayanır. “Unicredit” bankı Ukraynada hakimiyyət uğrunda gərginləşən mübarizəyə baxmayaraq ölkədə mövqeyini möhkəmlətmək istəyir və buna görə də iki törəmə şirkətin birləşdirilməsini istədiyini elan edib.
Bankın balans yekunu 3,3 milyard avro təşkil edir. Çərşənbə axşamı şirkətin elan etdiyi kimi, 435 filialdan və 6 min əməkdaşdan ibarət maliyyə institutu tezliklə “Unicredit Bank” adı altında birləşəcək. Ukraynada siyasi böhran baş verməsinə baxmayaraq, Janni Franko Papa Ukraynada biznesin inkişafına böyük ümidlər bəsləyir. Vyanada bank meneceri bildirir ki, Ukraynada hələ də banklar çatışmır. O, ölkədə maraqlı bazar görür. “Ukrayna - bu, Avropanın və investisiyalara ehtiyacı olan ölkələrin bir parçasıdır”.
“Unicredit”in ekspertləri isə gələn il ÜDM-in bir faizlik həcmdə artacağını gözləyirlər. Bu il isə ekspertlər sıfır artımdan çıxış edirlər.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Şoyqu açıqladı: Rusiya Suriyaya S-300 kompleksləri göndərir
24.09.2018
Stokholmda Azərbaycan tədris kursları açılıb
24.09.2018
İranda törədilən terror aktı ilə əlaqədar matəm elan edilib
23.09.2018
Düşmənlər İranda vəziyyəti gərginləşdirə bilməyəcəklər
22.09.2018
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TEKNOFEST festivalına qatılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info