İsveçrənin prezidenti vəzifəsinə ölkənin xarici işlər naziri seçilib
Tarix: 04.12.2013 | Saat: 23:25:00 | E-mail | Çapa göndər


İsveçrə Federal Xarici İşlər Departamentinin rəhbəri Didye Burkhalter 2014-cü il üçün Konfederasiyanın prezidenti seçilib. İsveçrə Liberal Partiyasını təmsil edən 53 yaşlı siyasətçi səsvermədə iştirak edən 202 nəfər parlament üzvündən 183-nün dəstəyini qazanıb. 2014-cü il yanvarın 1-dən etibarən Burkhalter bu vəzifədə sağçı İsveçrə Xalq Partiyasının mühafizəkar təmsilçisi Ueli Maureri əvəz edəcək. Yeni Prezident Xarici İşlər Nazirliyinə başçılığı davam etdirəcək.
Burkhalter dəfələrlə bəyan edib ki, bir illik prezidentliyi müddətində onun fəaliyyətinin əsas istiqaməti məhz xarici siyasət olacaq. Burkhalter Berndə mətbuat konfransı keçirəcək, Mərkəzi Avropanın bu ölkəsinin hökumətinə başçılıq edəcəyi dövrdə fəaliyyətinin əsas prioritetləri barədə məlumat verəcək.
İsveçrə federativ parlament respublikasıdır. Ölkə prezidenti Federal Şuranın üzvləri sırasından bir il müddətinə seçilir və növbəti müddətə yenidən seçilmək hüququ yoxdur.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident nəticəsində azı üç nəfər ölüb
20.09.2018
ABŞ-ın Merilend ştatında silahlı insident baş verib
20.09.2018
“ABŞ-ın tarixində “ən böyük səhv” Yaxın Şərqə qoşun yeritməkdir”
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info