“Polşada Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncə həbsxanaları varmış”
Tarix: 04.12.2013 | Saat: 23:28:00 | E-mail | Çapa göndər


Çərşənbə axşamı insan haqları üzrə Avropa məhkəməsi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Polşada gizli həbsxanaları ilə bağlı işə baxıb. “Tageszeitung” qəzeti yazır ki, məhkəmədə qaldırılan tələblər Quantanamodakı amerikan həbsxanasından olan iki məhbus tərəfindən qaldırılıb.
Səudiyyə Ərəbistanından olan Abdel Rahim Al-Nasiri 2000-ci ildə Adena portunda amerikan hərbi gəmisinə terror hücumlarının hazırlanmasında şübhəli bilinir. Digər məhbus - fələstinli Abu Zubeyd isə təsdiq edir ki, onları doqquz ay ərzində terroristlər üçün nəzərdə tutulan Starı Keykutı adlı yerdə saxlayıblar. Polşada yerləşən bu yeri Polşa xüsusi xidmət orqanları Mərkəzi Kəşfiyyat İdarəsinə istifadə üçün veriblər.
Məhkəmədə iddia verən adıçəkilən şəxslərin sözlərinə görə, onlara qarşı “sorğu aparılması üçün geniş texnika”dan istifadə ediblər: onları daim incidiblər, doğmalarına divan tutmaqla hədələyiblər, onlara qarşı işgəncəli voterbordinq tətbiq ediblər - başlarını boğulana qədər suya soxublar. Bunlardan sonra onları başqa həbsxanalara köçürüblər.
Məqalədə daha sonra bildirilir ki, Polşa insan haqları üzrə konvensiyanın üçqat pozulmasında ittiham edilir. Birincisi, Polşa hakimiyyəti Mərkəzi Kəşfiyyat İdarəsinin işgəncələrinə qarşı maneçilik törətməyib. İkincisi, onlar məhbusların digər həbsxanalara köçürülməsinə mane olmayıblar. Üçüncüsü, bu barədə diqqətli şəkildə araşdırma aparmayıblar. Qeyd edilir ki, bu cür gizli həbsxanaların Polşada mövcudluğu 2005-ci ildən bəlli olsa da, bu barədə təhqiqatlar 2008-ci ildən başlayıb.
Hələ də Polşa tərəfinin nümayəndəsi elan edilmiş ittihamları nə təkzib, nə də təsdiq etmir. Qəzet qeyd edir ki, bu, Avropada ilk bu cür məhkəmə işidir.
İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Venesuelada avtobus aşıb: 16 nəfər həlak olub
17.06.2019
Suriyada kəndin atəşə tutulması nəticəsində 12 nəfər ölüb
17.06.2019
Nigeriyada silahlı hücumlar nəticəsində 34 nəfər həlak olub
16.06.2019
Silahlılar Suriyada Hələbi və iki vilayəti atəşə tutublar
16.06.2019
ABŞ İrana qarşı müqavimət göstərmək üçün bütün variantları nəzərdən keçirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 Naxçıvanda “Cavidşünaslıq” oncildliyinin təqdimatı olub
2 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
3 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
4 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
5 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info