Cefri Aperson: “Son illərdə Azərbaycan dünyada böyük nüfuz qazanıb”
Tarix: 04.12.2013 | Saat: 23:36:00 | E-mail | Çapa göndər


Məhkəmə Administrasiyası üzrə Beynəlxalq Assosiasiyanın baş icraçı direktoru Cefri Aperson Azərbaycan Prezidentini təbrik edib: “ Zati-aliləri, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik etməkdən böyük qürur duyuruq.
Xalqın böyük inamı Sizin gənc Azərbaycan dövlətinin güclənməsinə və inkişafına, iqtisadiyyatın sürətlə artmasına və Azərbaycanın dünya ictimaiyyətinə fəal inteqrasiyasına istiqamətlənmiş siyasi kursunuza seçicilərin dəstəyinin göstəricisidir. Son illərdə Azərbaycan Sizin rəhbərliyinizlə yüksək iqtisadi nəticələr əldə etmiş və təkcə regionda deyil, bütün dünyada böyük nüfuz qazanmışdır. Ölkədə mütərəqqi demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu işi davam etdirilir və qanunun aliliyinin, məhkəmələrə pulsuz müraciətin və ədalətli mühakimənin təmin edilməsi üçün hüququ islahatlar həyata keçirilir. Sizin səylərinizi yüksək qiymətləndirərək məhkəmə xidməti sahəsinin müasirləşdirilməsi məsələsində Azərbaycan ilə əməkdaşlıq etməyə hazır olduğumuzu bildiririk. Hörmətli cənab Prezident, Azərbaycan Respublikasının tərəqqisi və xalqın rifahının yüksəlməsi işində Sizə uğurlar arzu edirik”.




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum
22.09.2018
Ermənistan hökuməti boş xəyallara qapılmamalı və gerçəkliyi qəbul etməlidir
22.09.2018
Pambığın alış qiymətinin artırılması fermerlərə göstərilən diqqət və qayğının növbəti təzahürüdür

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10136

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info