Bakı-Tbilisi-Qars dəmiryolu və yeni dəniz limanı tranzit imkanlarını artıracaq
Tarix: 04.12.2013 | Saat: 23:43:00 | E-mail | Çapa göndər


Xarici işlər naziri Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin NATO-nun mənzil-qərargahında keçirilən görüşündə iştirak edib. XİN rəhbərlərinin görüşündə aparılan müzakirələrin əsasını 2014-cü ildə başa çatacaq ISAF əməliyyatından sonra NATO üzv və tərəfdaş ölkələrinin Əfqanıstandakı yeni missiyası, nəzarətin əfqan milli təhlükəsizlik qüvvələrinə keçməsi və Əfqanıstan milli ordusuna yardım ətrafında fikir mübadiləsi təşkil edib.
E.Məmmədyarov çıxışında bildirib ki, Azərbaycan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün əsas tranzit marşrutudur və 2014-cü ildən sonrakı əməliyyat üçün də bu funksiyanı daşıyacaq: "Bu xüsusda, Türkiyə və Gürcüstan kimi dostlarımızla birgə işləyirik. Yekunlaşdırılmaqda olan Bakı-Tbilisi-Qars dəmiryolu xətti və Azərbaycanda yeni Xəzər dəniz limanı ölkəmizin tranzit imkanlarına əlavə ciddi imkanlar gətirəcək". O, Azərbaycanın potensial əməliyyat tərəfdaşı qismində 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazır və qadir olduğunu bildirib: "Əlavə olaraq, Azərbaycan hökuməti Əfqanıstan milli ordusu üzrə etimad fonduna öz töhfəsini verib və bu kimi ianələrini davam etdirəcək". Nazir Azərbaycanın Əfqanıstanla münasibətlərinin strateji və qardaşlıq xarakteri daşıdığını qeyd edərək, ikitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmədiyini vurğulayıb: "Qeyd olunanların bizim regional təhlükəsizlik narahatlıqlarımızın və NATO ilə möhkəm əlaqələrimizin fövqündə Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri və 2014-cü ildən sonrakı Əfqanıstan missiyası gündəliyimizdə prioritet məsələ olaraq qalmaqdadır". XİN rəhbəri çıxışının sonunda Azərbaycan-NATO tərəfdaşlığına toxunub: "Biz qətiyyətlə alyansla qarşılıqlı öhdəliyə əsaslanan etibarlı münasibətlərin tərəfdarıyıq. Bölüşdüyümüz prinsiplər və dəyərlər, eləcə də müxtəlif mövcud və meydana çıxan mexanizmlər var ki, birgə baxışımız və əlaqələrimizin daha da inkişafı üçün möhkəm zəmin yaradır". Səfər çərçivəsində E.Məmmədyarov Türkiyə, Xorvatiya, Estoniya, Gürcüstan, Rumıniya və Finlandiya xarici işlər nazirləri ilə ikitərəfli görüşlər keçirib. Görüşlər zamanı tərəflər NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinin əməliyyatı, regional məsələlər, eləcə də enerji təhlükəsizliyi və müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 “Mübariz İbrahimov təkbaşına bir çox işğalçını məhv edərək şəhidlik zirvəsinə ucalıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info