Azərbaycan nümayəndə heyəti BDT Assambleyasının 28-ci sessiyasında
Tarix: 05.12.2013 | Saat: 14:18:00 | E-mail | Çapa göndər


London şəhərində BMT-nin nüfuzlu orqanı sayılan, Azərbaycan Respublikasının 1995-ci ildən üzvü olduğu Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının 28-ci sessiyası keçirilib.
Sessiyada ölkəmizi Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyasının (ARDDA) rəisi Qüdrət Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.
ARDDA-nın mətbuat xidmətindən bildiriblər ki, noyabrın 25-dən dekabrın 4-dək keçirilən Assambleyanın 28-ci sessiyasında çıxış edən BDT-nin baş katibi Koji Sekimizu üzv dövlətlərin diqqətini beynəlxalq ictimaiyyəti narahat edən dəniz quldurluğu hallarının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərə, bu istiqamətdə beynəlxalq təşkilatlar tərəfindən hərbi qüvvələrin səfərbər edilməsi sahəsində görülmüş işlərə yönəldib.
Nümayəndə heyətləri hazırda dəniz quldurları tərəfindən əsirlikdə saxlanılan dənizçilərin vəziyyəti, onların və gəmilərin azad olunması üçün həyata keçirilən tədbirlərin gücləndirilməsi barədə müzakirələr aparıblar.
Eyni zamanda, sessiyada, görülən işlərin məntiqi nəticəsi olaraq son dövrlərdə əvvəlki illərlə müqayisədə dəniz quldurluğu hallarının azalmasının müsahibə olunması yüksək qiymətləndirilib.
Sessiyada Türkiyənin Azərbaycanda səfiri olmuş, hazırda qardaş ölkənin Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Ünal Çeviköz 2 illik (2014-2015-ci illər) BDT-nin ali idarəetmə orqanı olan Assambleyanın sədri vəzifəsinə seçilib.
Yeni təyinatı münasibətilə Ü.Çeviközü təbrik edən Azərbaycan nümayəndə heyətinin rəhbəri Q.Qurbanov ona gələcək fəaliyyətində uğurlar arzulamış və qarşılıqlı əməkdaşlıqdan məmnunluğunu ifadə edib.
Sessiyada, həmçinin BDT-nin dəniz təhlükəsizliyi, qanunvericilik, dəniz ətraf mühitinin mühafizəsi, asanlaşdırma və texniki əməkdaşlıq komitələrinin hesabatları dinlənilib və “Yük nişanı haqqında Beynəlxalq Konvensiya”, “Gəmilərin ölçülməsinə dair Beynəlxalq Konvensiya”, “Dənizdə gəmilərin toqquşmasının qarşısının alınmasına dair Beynəlxalq Qaydalar”a təklif edilmiş dəyişikliklər nəzərdən keçirilib.
Tədbirdə BDT-yə üzv dövlətlərin könüllü audit yoxlamasından keçməsi və dəniz nəqliyyatı sahəsinə dair bir sıra digər mühüm normativ sənədlər barədə də ətraflı müzakirələr aparılıb.
Assambleyanın 28-ci sessiyasında BDT-nin ali icra orqanı olan Şura üzvlüyünə seçkilər keçirilmiş, ümumilikdə 40 dəniz dövləti Şuranın yeni üzvlüyünə seçilib.
Dünyanın 170 dövlətinin üzv olduğu BDT Assambleyasının 28-ci sessiyası işini dəniz təhlükəsizliyi üzrə bir sıra mühüm qərarların qəbul edilməsi ilə yekunlaşdırıb.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info