Ucarda yenidən qurulma işləri yekunlaşıb
Tarix: 05.12.2013 | Saat: 14:27:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyəti (ASC) “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq bölgələrdə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində kompleks tədbirləri davam etdirir. Dövlət büdcəsi hesabına maliyyələşdirilən layihə çərçivəsində Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin böyük hissəsi yekunlaşıb.
ASC-nin ictimaiyyətlə əlaqələr departamentindən bildiriblər ki, layihə 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla, 57 min nəfərin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Layihə Ucar şəhəri ilə yanaşı, rayonun 15 kəndini də əhatə edir.
İcrasına 2011-ci ilin oktyabrında başlanıb “Ucar şəhərinin su təchizatı və kanalizasiya sistemləri kompleksinin yenidən qurulması layihəsi”nə əsasən, şəhəri keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün mənbə Külüllü su mənbəyi seçilib. Su mənbəyində Ucar şəhərini içməli su ilə təmin etmək üçün hər birinin tutumu 3750 kubmetr olan 2 su anbarı tikilib. Buradan şəhər mərkəzinədək polietilen borularla 57 kilometr uzunluğunda magistral su xəttinin çəkilişi başa çatmış və şəhərə suyun verilməsinə başlanılmışdır. On beş kəndin özüaxımlı rejimdə olan magistral xəttə qoşulması təmin edilib.
Ucar şəhərini dayanıqlı rejimdə içməli su ilə təmin etmək üçün şəhər mərkəzində hər birinin tutumu 1500 kubmetr olan 2 su anbarı tikilir. Külüllü-Ucar magistral xətti ilə şəhərə su verildikdən sonra şəhərdə fasiləsiz su təchizatı rejiminə keçilmiş, uzun müddət su almayan küçə və məhəllələrin içməli su problemi öz həllini tapıb.
Layihəyə uyğun olaraq Ucar şəhərində 107 kilometr şəhərdaxili su şəbəkəsinin 93 kilometrlik hissəsində işlər başa çatıb, 3 minə yaxın ev xəttə qoşulub. İçməli su və kanalizasiya xidmətlərindən istifadənin dəqiq uçotunun aparılması məqsədi ilə 5170 abonentdən 1700-ü smart-kart tipli su sayğacları ilə təmin edilib. Ucar Sukanal İdarəsi üçün yeni inzibati binanın tikintisi isə yekunlaşmaq üzrədir.
Layihəyə əsasən, Ucar şəhərində yaranacaq çirkab suların axıdılması üçün ümumi uzunluğu 88 kilometrə yaxın kanalizasiya şəbəkəsi qurulacaq. Artıq kanalizasiya şəbəkəsinin 20 kilometrlik hissəsində tikinti işləri başa çatıb.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
Azərbaycanda əhalinin banklarda əmanəti daha çox xarici valyutadadır
17.07.2019
SOCAR ikinci rübdə 41 min metrdən çox 3 qazma işi aparıb
17.07.2019
Azərbaycan 5 ayda 1 milyard dollarlıq təbii qaz ixrac edib
17.07.2019
SOCAR İstiqrazlarının sahibləri 13.75 milyon dollar qazanıb
17.07.2019
Magistral kəmərlərlə təbii qaz nəqli 20 faizədək artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info