ADU-da “ADU gəncləri QİÇS-ə dur deyir” adlı tədbir keçirilib
Tarix: 05.12.2013 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Dekabrın 4-də Azərbaycan Dillər Universitetində (ADU) “ADU gəncləri QİÇS-ə dur deyir” adlı tədbir keçirilib.
ADU-nun mətbuat xidmətindən bildiriblər ki, tədbirdə əvvəlcə “QİÇS haqqında nə bilirsiniz?” adlı videoçarx nümayiş olunub. Sonra tədbir iştirakçılarına 1 dekabr-Dünya QİÇS ilə Mübarizə Günü haqqında məlumat verilib.
Respublika QİÇS ilə Mübarizə Mərkəzinin eksperti Telman Məhərrəmov QİÇS-in kəşfi və tədqiqi tarixi haqqında danışaraq 1987-ci ildə Azərbaycanda ilk dəfə bu xəstəliyə yoluxma hallarının qeydə alındığını demişdir.
Azərbaycan vətəndaşları arasında 1992-ci ildə bu xəstəliyin aşkar edildiyini diqqətə çatdıran ekspert ölkəmizdə bu xəstəliyə yoluxanların sayının aşağı səviyyədə olduğunu qeyd edib. O, eyni zamanda, Azərbaycanda İİV/QİÇS ilə bağlı epidemioloji vəziyyət və bu xəstəliklərə qarşı görülən tədbirlər barədə geniş məlumat verib.
Bildirilib ki, bu problemin həlli yolunda Səhiyyə Nazirliyi əhali arasında vaxtaşırı maarifləndirmə tədbirlərini və beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirir.
Universitetin mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayeva çıxışında QİÇS xəstəliyinin Azərbaycanda hər kəsi düşündürən aktual məsələlərdən biri olduğunu bildirib, bu təhlükəli infeksiyadan qorunmaq üçün insanların, xüsusən də gənclərin maarifləndirilməsinin vacibliyindən söz açıb.
Regional Psixologiya Mərkəzinin psixoloqu Mehriban Qafarova isə bildirib ki, tələbələr bu cür maarifləndirici tədbirdə məlumat toplayaraq bu xəstəliyə yoluxmuş insanlara dəstək durmağın düzgün addım olduğunu dərk edəcəklər.
ADU-nun rektorunun müşaviri Vazeh Əsgərov belə tədbirlərin universitetdə mütəmadi olaraq keçirildiyini vurğulayıb.
ADU-nun Tərbiyə işləri üzrə prorektoru Ələddin Əliyev çıxış edərək bildirib ki, universitet hər zaman bu cür tədbirlər təşkil etməklə gəncləri pis vərdişlər və xəstəliklərdən qorunmaq yolları haqqında maarifləndirir.
Sonda universitetin tələbələri QİÇS-lə mübarizənin rəmzi olan qırmızı və qara rəngli geyimlərdə rəqs nümayiş etdiriblər. Tələbələr “Biz ADU gəncləri QİÇS-i tanıyırıq və QİÇS-ə ““Yox” deyirik” və digər yazılı plakatlarla rəqslərini yekunlaşdırıblar.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10614

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info