ATİ üç ölkə ilə memorandum imzalayıb
Tarix: 05.12.2013 | Saat: 16:03:00 | E-mail | Çapa göndər


Azərbaycan Turizm İnstitutunun (ATİ) magistratura, doktorantura və əlavə təhsil şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri namizədi, dosent Nəsirulla Nəsirli və beynəlxalq əlaqələr şöbəsinin mütəxəssisi Orxan Musa Gürcüstanın Batumi şəhərində keçirilən “Cənubi Qafqaz sərhədyanı ölkələrin turizmi” mövzusuna həsr olunan üçüncü əməli görüş-seminarın iştirakçısı olublar. ATİ-nin mətbuat xidmətindən verilən xəbərdə bildirilir ki, ənənəvi olaraq hər il keçirilən görüş-seminarda institut əməkdaşları “Azərbaycanda inkişaf perspektivləri olan turizm növləri” haqqında məruzə-təkliflərlə çıxış ediblər. Azərbaycanın turizm potensialı və turizm növləri, inkişaf perspektivləri, region ölkələri üçün “müalicə turizmi”, “uşaq və gənclər turizmi” kimi aktual problemlərin həlli yollarının elmi izahına əsaslanan təkliflər paketi seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb. 3 qrup formatında iki gün davam edən əməli görüş-seminarın gedişatında N. Nəsirli və O. Musa region universitetləri, müvafiq ali təhsil müəssisələrinin inkişafı, bakalavr, magistr, doktorantura təhsili sahəsində əməkdaşlıq formaları, vahid elmi jurnal və web saytın yaradılması, doktorantlar üçün təqaüdlərin, həmçinin yay məktəblərinin təşkili barədə irəli sürdükləri təkliflər geniş fikir mübadiləsinə səbəb olub. Görüş -seminarın sonunda Türkiyə, İran, Gürcüstanın müvafiq ali təhsil, turizm nazirlik və agentliklərinin nümayəndələri arasında memorandum imzalanıb. Ənənəvi növbəti əməli görüş-seminarın İranda keçirilməsi qərara alınıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
20.09.2018
Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir
20.09.2018
Gömrük xidməti ölkəmizin iqtisadi maraqlarının qorunmasında xüsusi yer tutur
20.09.2018
ADPU-nun Azərbaycan tarixi kafedrasının əməkdaşı Beynəlxalq Forumda iştirak edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info