Avstriya iş adamları ilə əlaqələr genişlənir
Tarix: 05.12.2013 | Saat: 18:10:00 | E-mail | Çapa göndər


Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti ölkədə sahibkarlığın inkişafına və iqtisadiyyatda rolunun əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmuş, ölkə iqtisadiyyatına marağı daha da artırıb. Avstriya iş adamlarının Azərbaycana səfəri də ölkəmizdəki makroiqtisadi sabitliyə, davamlı və dayanıqlı iqtisadi inkişafa marağın ifadəsidir.
Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Avstriya biznes forumu keçirildi. Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, maşınqayırma, tikinti, qida sənayesi, xidmət, konsaltinq, qablaşdırma, logistika və s. sahələrdə fəaliyyət göstərən 130-a yaxın iş adamı iştirak edirdi.
AZPROMO-nun rəhbəri Rüfət Məmmədov qonaqları salamlayaraq Azərbaycan-Avstriya iqtisadi-ticarət əlaqələri barədə məlumat vermiş, bu cür tədbirlərin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsində, iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətini vurğuladı. Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində qazanılmış iqtisadi uğurlar, yerli və xarici iş adamları üçün yaradılmış əlverişli biznes və investisiya mühiti, həyata keçirilən iri layihələr barədə məlumat verən R.Məmmədov iqtisadiyyata xarici investisiyaların cəlb olunması sahəsində ölkəmizin “açıq qapı” siyasəti həyata keçirdiyini diqqətə çatdırdı, avstriyalı iş adamlarını yerli sahibkarlarla fəal əməkdaşlığa dəvət etdi.
Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli Səfiri Silvia Meyer Kaybiç çıxışında ölkələrimiz arasındakı əlaqələr barədə danışdı.
Avstriya Federal İqtisadiyyat Palatasının vitse-prezidenti Rixard Şents Avstriya və Azərbaycan arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün mövcud potensialdan səmərəli istifadənin, iş adamları arasında əlaqələrin genişləndirilməsinin ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının inkişafında əhəmiyyətini vurğuladı, iqtisadi əlaqələrin inkişaf istiqamətləri barədə məlumat verdi.
AZPROMO-nun rəhbərinin müşaviri Natiq Mədətov Azərbaycanın investisiya mühiti və biznes imkanlarına,“Advantage Austria” təşkilatının baş direktorunun müavini Karl Hartleb isə Avstriyanın biznes imkanlarına dair təqdimatlarla çıxış etdilər.
Biznes forum çərçivəsində Azərbaycan və Avstriyanın ölkə təqdimatlarına dair video çarxlar nümayiş olunmuş, iş adamları arasında işgüzar əlaqələrin daha da genişləndirilməsi imkanlarının müzakirə olunduğu ikitərəfli görüşlər keçirildi.

İlkin




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
20.11.2018
Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info