Müəssisələr dövlətin güzəştli kreditləri ilə uğurla fəaliyyət göstərir
Tarix: 05.12.2013 | Saat: 18:14:00 | E-mail | Çapa göndər


Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini Bərdə rayonunun Mirzalıbəyli kəndində keçirib. Tədbir çərçivəsində 60 sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsinə 1,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərin reallaşdırılması 100-dən çox yeni iş yerinin yaradılmasına imkan verir. Verilmiş kreditlər əsasən, istixana təsərrüfatlarının yaradılması, heyvandarlıq, tikinti materiallarının istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. 80-dək sahibkarın iştirak etdiyi tədbir çərçivəsində Bərdə rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb və fond tərəfindən rayonda prioritet hesab olunan pambıqçılıq, taxılçılıq, qarğıdalı istehsalı, bağçılıq, kiçik cins heyvandarlıq təsərrüfatlarının, kiçik həcmli meyvə-tərəvəz emalı, plastik qapı-pəncərə və tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdir müavini Hüseyn Paşayev, Aran regional bölməsinin müdiri Elbrus Hüseynov dövlət başçısının regionların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğısı nəticəsində ölkənin digər regionları kimi, Bərdədə də yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin yaradıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat veriblər. Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bu ilin ötən dövrü ərzində fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 4229 investisiya layihəsinin maliyyələşdirilməsinə 268,2 milyon manat güzəştli kredit verildiyini, bu kreditlərin reallaşdırılmasının 11 min 700-ə yaxın yeni iş yerinin açılmasına imkan verdiyini qeyd edib. Bildirilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 7000-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 316,8 milyon manat güzəştli kreditlər verilib. Bu kreditlər hesabına 28000-dən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Tədbir çərçivəsində Bərdədə güzəştli kredit ayrılmış soyuducu anbar kompleksinin, ildə 16,7 min ton süd, 1,2 min ton ət istehsal etmək gücünə malik olan heyvandarlıq müəssisəsinin və ət kəsimi fabrikinin fəaliyyətinə baxış keçirilib.


İlkin




 
Bölməyə aid digər xəbərlər
22.01.2019
Ölkədəki fərdi sahibkarların sayı 842 mini ötüb
22.01.2019
Azərbaycanda FAO ilə birgə 4 layihənin icrasına başlanılacaq
22.01.2019
Əhalinin banklardakı pulları artır
22.01.2019
FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının açılış mərasimi keçirilib
22.01.2019
Kənd təsərrüfatı məhsulunun ümumi həcmi 4,6 faiz artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”
3 “Mənim güc mənbəyim Bakıdadır”
4 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
5 Yalçın Topçu: “Türkiyə və Azərbaycan arasında ticarət daha da artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info