İstanbulda Xəzər Forumu keçirilir
Tarix: 05.12.2013 | Saat: 18:39:00 | E-mail | Çapa göndər


İstanbuldakı “Çırağan” sarayında Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) təşkilatçılığı ilə keçirilən Xəzər Forumunda Türkiyə, Azərbaycan və Balkan ölkələrindən dəvət olunmuş nazirlərin, dünyanın 35 ölkəsindən gəlmiş ekspertlərin iştirakı ilə enerji və kommunikasiya layihələri müzakirə olunur.
Forumun əvvəlində Xəzər hövzəsinin karbohidrogen ehtiyatlarının çıxarılması və nəqlindən bəhs edən sənədli film nümayiş etdirilib.
HASEN-in baş katibi Haldun Yavaş tədbiri açaraq, Xəzər Forumunun əhəmiyyəti, burada keçirilən müzakirələrin bölgədəki enerji və kommunikasiya layihələri üçün konstruktiv rolundan bəhs edib.
Azərbaycan Prezidenti İlham Əliyevin Forum iştirakçılarına təbrikini Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxumuşdur. Dövlətimizin başçısının məktubunda qeyd olunub ki, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum enerji layihələrindən sonra Trans-Anadolu və Trans-Adriatik boru kəmərlərinin həyata keçirilməsi Avropa və dünyanın enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyətə malikdir. Azərbaycanın sürətli iqtisadi inkişafı regionda nəhəng layihələrin həyata keçirilməsinə və irimiqyaslı sərmayələr yatırılmasına imkan verir.
Dövlətimizin başçısı siyasət, iqtisadiyyat, elm adamlarının iştirakı ilə aparılacaq müzakirələrin Avropanın enerji xəritəsini dəyişəcək yeni layihələrin meydana çıxmasına töhfə verəcəyini vurğulamış, Forumun işinin məhsuldar olacağına əminliyini bildirmiş və ona uğurlar arzulayıb.
Sonra, Türkiyə Prezidenti Abdullah Gülün Forum iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir ki, Azərbaycanın liderliyi ilə həyata keçirilən TANAP layihəsi “Cənub” qaz dəhlizinin onurğa sütununu təşkil edəcək. Bundan başqa, modern İpək Yolunun ən mühüm hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu da gələn il istifadəyə veriləcəkdir. Bütün bu layihələr sayəsində Xəzər bölgəsi enerji və kommunikasiya xətlərinin mərkəzi olacaq.
Forumun açılışında çıxış edən Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız da “Cənub” qaz dəhlizinin formalaşmasında Azərbaycan və Türkiyənin aparıcı rol oynadıqlarını söyləyib. TANAP layihəsinin həyata keçirilməsi qardaş ölkələrimizin birgə səyləri ilə mümkün olacaq. Artıq hazırlıq işləri tamamlanmış və tezliklə tikintiyə başlanacaq. Azərbaycan qazı təkcə Avropanın deyil, habelə Türkiyənin də 50 milyard kubmetr təbii qaza olan tələbatının təmin edilməsinə mühüm töhfə olacaq.
Forum işini bölmə iclaslarında müzakirələrlə davam etdirir.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info