Təhsildə inkişafa aparan yol –universitetlər arasında əməkdaşlıq
Tarix: 05.12.2013 | Saat: 19:34:00 | E-mail | Çapa göndər


Qafqaz Universiteti xarici əlaqələrlə yanaşı ölkəmizdə fəaliyyət göstərən universitetlərlə də sıx əməkdaşlıq edir. Qafqaz Universiteti ilə Xəzər Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu barədə memoranduma əsasən birgə elmi fəaliyyətlər, tələbə-müəllim mübadiləsi nəzərdə tutulur. Qafqaz Universitetinin rektoru professor Ahmet Saniç Xəzər Universitetinin rektoru professor Hamlet İsaxanlının Azərbaycan elminə və ədəbiyyatına verdiyi töhfələrdən danışaraq, iki universitet arasındakı əməkdaşlığın Azərbaycan təhsilinin inkişafında mühüm yeri olacağını vurğulayıb.
Professor Hamlet İsaxanlı çıxışında bildirib ki, hal-hazırda keyfiyyətli elmi və insani mühit olan universitetlərə böyük ehtiyac olduğu bir vaxtda Qafqaz Universitetində bu mühit var və yaxşı inkişaf edir: “Mən rəhbərlik etdiyim universitetə xarici ölkələrdən gələn qonaqlara Xəzərlə Qafqaz universitetlərinin adını qoşa çəkirəm”.
Memorandum imzalandıqdan sonra Qafqaz Universitetinin 2013/2014-cü tədris ilində təşkil etdiyi seminarlar silsiləsinin növbəti məşğələsində Xəzər Universitetinin təsisçisi, rektoru və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının “Milli kimlik: tarix və bu gün” mövzusunda məruzəsi dinlənilib.

İlkin




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info