“Gənclər internet resurslarından, sosial şəbəkələrdən faydalı şəkildə istifadə etməlidir”
Tarix: 05.12.2013 | Saat: 21:44:00 | E-mail | Çapa göndər


ADNA-nın III kurs tələbəsi Mahmud Sadıqov: “Yüksək intellektə malik gənclərin hazırlanması, onların işlə təmin olunması, problemlərinin həlli dövlət siyasətinin mühüm prioritetləri sırasındadır”

Ölkəmizi gələcəkdə də uğurla idarə etmək üçün bu gün güclü gənc kadr potensialının yetişməli olduğunu deyən ölkə başçısı bildirib ki, Azərbaycanda müxtəlif yerlərdə gənc, müasir kadrlar fəaliyyətə başlayır, yetişir: “Onlar vətənpərvərlik ruhunda tərbiyə olunub, eyni zamanda, bilikli, savadlı gənclərdir. Onlar bizim gələcəyimizdir. Gənclərimizi xaricdə oxuduruq, onları dövlət hesabına inkişaf etmiş ölkələrin aparıcı ali məktəblərinə göndəririk. Bu, əlbəttə müsbət təşəbbüs idi və davam edir. Ancaq mən hesab edirəm ki, indi daha çox ölkə daxilində biz elə sistem yaratmalıyıq ki, müasir biliklərə çatmaq, onları əldə etmək üçün bütün imkanlar olsun. Bu sahədə də tədbirlər görülür və görüləcək. Biz yeni texnologiyaları, müasir yanaşmanı tələb edən sahələrə gəncləri daha da çox cəlb etməliyik”. Bu gün gənclərimiz də dövlətin onlara yaratdığı bu şəraitdən razılığını bildirirlər. Müsahibimiz Azərbaycan Dövlət Neft Akademiyasının İqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin III kurs tələbəsi Mahmud Sadıqovdur:


-Müstəqil Azərbaycanın həyatında çox mühüm rol oynayan faktorlardan biri də məhz müstəqil şəkildə ictimai işlərdə fəaliyyət göstərən Azərbaycan gəncliyidir. Bu gün gəncliyimiz dinamik şəkildə inkişaf edir. Bu elə bir inkişafdır ki, ona heç bir qeyri faktorlar təsir edə bilməz. Ümumiyyətlə, Azərbaycanda yaradılan mühit, sosial-iqtisadi və digər nöqteyi-nəzərdən yarılan şərait gəncliyimizin inkişafında mühüm rol oynayır. Ölkəmizdə yaradılan müxtəlif gənclər təşkilatları, onların fəaliyyəti və dəstəyi gənclərə göstərilən qayğının ən bariz nümunələrindən biri hesab etmək olar. Bu gün Azərbaycan gəncliyi müstəqil şəkildə həmin təşkilatlarda fəaliyyət göstərməklə öz ictimai işlərindəki biliklərini artırmaqla, vərdişlərini yüksəltməklə və həmçinin yeni ideyalar verməklə özləri fəallıq nümayiş etdirirlər. Eyni zamanda bu da çox mühüm amildir ki, hər bir gəncin gələcəkdə idarəetmə mədəniyyətinə yiyələnməsi və inkişafı üçün bu təşkilatların rolu danılmaz bir həqiqətdir. Bu gün ən böyük təşkilatlardan biri olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) da bəhs etdiyim gənclik birləşib. Yəni, bu təşkilat ətrafında böyük bir tələbə ordusu cəmləşib. Bu elə bir ordudur ki, Azərbaycanın gələcəyini öz əlində cəmləşdirən, yüksək intellektual biliyə, bacarığa malik olan müasir gənclərdir. Bu gənclər inkişafı, potensialı ilə digər dövrlərdə mövcud olmuş gənclikdən fərqlənir. Çünki hazırda müasir texnologiyalı bir gənclik əsri formalaşıb. Artıq ATGTİ-də həyata keçirilən tədbirlər, layihələr həmin gəncləri, yəni müasir texnologiyaya malik olan gəncləri daha da təkmilləşdirir. Onlara düşünmə, işi yerinə yetirmə, etibarlılıq və digər nöqteyi-nəzərdən olan vərdişlərin aşılanmasına gətirib çıxarıb. Bu il reallaşdırılan tədbirlərdən biri kimi ATGTİ-də “OPEK ölkələrinin dünya iqtisadiyyatında və siyasətində rolu” mövzusunda elmi konfrans keçirilib. Bu konfransda müasir dövrümüzdəki məsələlər müzakirə edilib, ərəb ölkələrində baş verən inqilablar, “ərəb baharı” ilə bağlı məlumatlar tələbələrə çatdırılıb. Həmçinin qeyd etmək lazımdır ki, bu konfrans tələbələrin öz ideyaları, təşkilatçılıq qabiliyyəti ilə həyata keçirilib. Eləcə də bu gün Prezident İlham Əliyev öz çıxışlarında elmə verdiyi yeniliklərlə fərqlənir. Belə ki, ölkə baçısının elmə verdiyi yeniliklər yeni iqtisadi anlayışlar və onun fəlsəfəsidir. Məsələn, Prezident öz çıxışlarında neft kapitalının insan kapitalına çevrilməsi, ümumiyyətlə insan kapitalının formalaşdırılması, şaxəli iqtisadiyyat, davamlı iqtisadi inkişaf, balanslaşdırılmış siyasət, ərzaq təhlükəsizliyi, sənayeləşmə strategiyası və digər mövzularda elmə yeni biliklər ötürür, cəmiyyətə mesajlar verir. Məhz bu gün gənclər ölkə başçısının çıxışlarını diqqətlə izləyərək həmin o anlayışları bir kompakt şəklinə gətirərək kütləvi şəkildə tələbə ordusuna çatdırırlar. Məsələn, Azərbaycan Dövlət Pedaqoji Universitetində “İnsan kapitalının formalaşmasının fəlsəfi-psixoloji mexanizmi” adlı konfrans keçirildi. Həmin konfransda bir çox millət vəkilləri, elm adamları çıxış ediblər və tələbələrə yeni məlumatlar çatdırıblar. Həmçinin gələcəkdə Azərbaycan Dillər Universitetində “Azərbaycanda davamlı iqtisadi inkişaf və şaxəli iqtisadi inkişafın səmərəliliyi” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur. Həmçinin konfranslarla yanaşı, burada seminarlar da təşkil edilir. “Menecmentin müasir meyilləri” kimi mövzularda seminarlar təşkil olunur. Eləcə də ölkəmizin gözəl yazarları, dövlət xadimləri, vəzifəli şəxslərlə görüşlər həyata keçirilir. Bu, artıq gəncliyimizin inkişafı, mədəniyyətinin, mənəviyyatının gəncliyə tanıdılması, sevdirilməsi və s. kimi amillər daşıyır.
- Fəal gənc olaraq hansı tədbirlərin təşkilatçısı kimi çıxış edibsən?
- Mən ATGTİ-də fəaliyyət göstərərək burada elm, təhsil departamentinin üzvü idim, burada fəaliyyət göstərərkən öz şəxsi təşəbbüsümlə həm “OPEK ölkələrinin dünya iqtisadiyyatında və siyasətində rolu”, həm də “İnsan kapitalının formalaşmasının fəlsəfi-psixoloji mexanizmi” adlı konfransların ideya müəllifləri olmuşam. Hazırda da ATGTİ-da Qarabag mərkəzinin sədr müaviniyəm. Burada da bir sıra görkəmli yazıçı və millət vəkilləri ilə görüşlər, seminarlar, konfranslar planlaşdırılır. Xüsusilə tələbələrə vətənpərvərlik hissini aşılamaq məqsədilə tarix, vətənpərvərlik nöqteyi-nəzərindən belə tədbirlər nəzərdə tutulur. Hazırda Azərbaycan Dövlət Neft Akademiyasının Tələbə Gənclər Təşkilatının elm, təhsil departamentinin direktoruyam. ADNA-da da mənim təşəbbüsümlə bir neçə mövzuda tədbirlər keçirilib.
- Hazırda gənclərimiz müxtəlif gənclər təşkilatlarında təmsil olunurlar. Bu, gənclərimizin fəaliyyətində hansı rolu oynayır?
- Bu təşkilatlarda fəaliyyət göstərmək gənclərə yüksək düşünmə qabiliyyəti, ictimai işlərdə fəal olmaq, onların düşüncə tərzinin formalaşdırılması imkanı yaradır. Eləcə də Vətəni, xalqı, milləti sevmək, ədəbiyyatımıza, tariximizə, elmimizə yiyələnmək, ümumiyyətlə onların dünyagörüşünün formalaşmasında bu təşkilatların rolu böyükdür. Məşhur tarixi rəhbərlərimizdən olan Nadir şah qeyd edib ki, “adı suyun üzərinə yazarkən diqqətli olmaq lazımdır”. Deməli, Nadir şahın dediyi sözlərdən biz istifadə edərək tələbələrin formalaşdırılmasında elə layihələr həyata keçirməliyik ki, onların beynində əbədi bir şəkildə qalsın. Və elə bir şəkildə qalsın ki, gələcəkdə onlar bundan bəhrələnə bilsinlər, ziyan deyil, xeyir götürsünlər. Bizim əsas xəttimiz də müasir Azərbaycan gəncliyinin, xüsusilə intellektual, düşüncəli gəncliyin formalaşdırılması və gələcək Azərbaycanımızın, dövlətçiliyimizin daha parlaq şəkildə görülməsindən ibarətdir.
Bu gün artıq qeydiyyatdan keçmiş 200-dən çox, qeydiyyatdan keçməmiş 400-dən çox tələbə gənclər təşkilatları fəaliyyət göstərir. Bunların da hər birinin ətrafında güclü tələbə ordusu formalaşıb. Ölkə başçısı tərəfindən də gənclər siyasəti ilə bağlı müxtəlif proqramlar, layihələr həyata keçirilir ki, bunların əsasında da müasir gəncliyimiz formalaşır. Bu gün artıq yüksək intellektə malik gənclərə yer verilir, onların işlə təmin olunması, problemləri ilə məşğul olunması, KİV-də onlara yer verilməsi və intellektinin artırılması dövlət siyasətinin mühüm prioritetləri sırasındadır.
-Bu gün gənclərimiz müxtəlif sosial şəbəkələrdə çıxışlar edirlər. Bir gənc olaraq onlara bu sahədən səmərəli istifadə ilə bağlı hansı fikirlərini çatdırmaq istərdin?
- XXI əsr dünyada texnologiyaların yükasək inkişaf etməsi ilə yadda qalır. Texnologiyaların inkişafı cəmiyyətin, böyük bir kütlənin düşüncə tərzinin inkişafına gətirib çıxarır. Bu gün artıq informasiya müharibəsi əsri formalaşıb. Hazırda Azərbaycan gəncliyi də müxtəlif sosial şəbəkələrdən istifadə edərək Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rola malikdir. Eləcə də ATGTİ dünya səviyyəli bir neçə konfranslarda, simpoziumlarda iştirak edib. Həmin tədbirlər internet resursları vasitəsilə dünya ictimaiyyətinə çatdırılıb. Bu gün danılmaz bir faktdır ki, müasir Azərbaycan gəncliyini texnologiyasız təsəvvür etmək qeyri mümkündür. Müxtəlif saytlarda da tələbələrimizin operativ fəaliyyətini hər kəs görür. Ancaq istərdik ki, gənclərimiz hər zaman internet resurslarından, sosial şəbəkələrdən faydalı işlər üçün istifadə etsinlər. Bu gün hər bir millətin gəncliyi kimi Azərbaycan gəncliyi də öz millətinin haqq səsinin dünyaya çatdırılmasında çox böyük töhfələr verir. Məsələn, bir faktı qeyd edim ki, dünyada keçirilən müxtəlif idman oyunlarında Azərbaycan gənclərinin iştirak etməsi, orda fikir söyləməsi, müsahibələrin internet resursları vasitəsilə yayılması, eləcə də hər hansı tədbirdə gənclərimizin fikirlərinin yayılmasının özü dünyaya xalq adından verilən bir mesajdır. Bu, olduqca çox mühüm əhəmiyyətə malikdir. Bunun əsas faktoru məhz düşünən Azərbaycan gəncliyidir. Onun əsasında da formalaşan, internet resurslarından istifadə etməklə reallığı çatdıran, onu dəstəkləyən, Vətəni, dövlətini, xalqını, ölkə başçısını sevən Azərbaycan gəncliyidir. Hazırda artıq bu formalaşıb və davam edəcək.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Biz tələbələri nəzəri cəhətdən çox yaxşı hazırlayırıq, ancaq praktiki cəhətdən yox
22.09.2018
Azərbaycan dinlərin və mədəniyyətlərin toqquşduğu deyil, qovuşduğu bir yerdir
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info